Erməni əsgər: “Hansısa bir andan irəli getməli və itiriləni geri qaytarmalı olduğumuza dair inancla geri çəkilirdik”

2021/09/Captu-1631094117.jpg
Oxunub: 6022     12:28     14 Sentyabr 2021    
“Səhər saatları idi. Manqamla siqaret çəkilən yerdə idik. Partlayış səsi eşidildi. Qəza olduğunu düşündük”.

Ordu.az xəbər verir ki, bunu 44 günlük müharibədə iştirak etmiş erməni hərbi qulluqçu Erik Karapetyan deyib.

Karapetyan deyib ki, lakin daha sonra ikinci partlayış səsi də eşidilib.

“Zabitlərimizin binaları istiqamətində mərmi düşdü. Döyüş başladığını anladıq. Bizə əvvəlcədən demişdilər ki, müharibə başlaya bilər”, - deyə döyüşlərdə iştirak etmiş erməni hərbi qulluqçu qeyd edib.

Onun sözlərinə görə, növbəti həyəcan siqnalı ilə ön xəttə aparılıblar, Suqovuşanı azad edən Azərbaycan Ordusuna qarşı müqavimət göstərməyə çalışıblar.

“Elə bir an gəldi ki, əsir düşməkdən çətinliklə xilas olduq. Bir anlıq mühasirədə idik, düşündük ki, vəssalam, sağ çıxmayacağıq. Lakin böyük çətinliklə mühasirədən çıxa bildik”, - deyə Erik Karapetyan əlavə edib.

O bildirib ki, geri çəkilmə əmri alıblar, tezliklə avtomatlarla mərmilərə və PUA-lara qarşı mübarizə aparmağın mümkün olmadığını başa düşüblər: “Hansısa bir andan irəli getməli və itiriləni geri qaytarmalı olduğumuza dair inancla geri çəkilirdik”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran  


Erməni əsgər: “Hansısa bir andan irəli getməli və itiriləni geri qaytarmalı olduğumuza dair inancla geri çəkilirdik”

2021/09/Captu-1631094117.jpg
Oxunub: 6023     12:28     14 Sentyabr 2021    
“Səhər saatları idi. Manqamla siqaret çəkilən yerdə idik. Partlayış səsi eşidildi. Qəza olduğunu düşündük”.

Ordu.az xəbər verir ki, bunu 44 günlük müharibədə iştirak etmiş erməni hərbi qulluqçu Erik Karapetyan deyib.

Karapetyan deyib ki, lakin daha sonra ikinci partlayış səsi də eşidilib.

“Zabitlərimizin binaları istiqamətində mərmi düşdü. Döyüş başladığını anladıq. Bizə əvvəlcədən demişdilər ki, müharibə başlaya bilər”, - deyə döyüşlərdə iştirak etmiş erməni hərbi qulluqçu qeyd edib.

Onun sözlərinə görə, növbəti həyəcan siqnalı ilə ön xəttə aparılıblar, Suqovuşanı azad edən Azərbaycan Ordusuna qarşı müqavimət göstərməyə çalışıblar.

“Elə bir an gəldi ki, əsir düşməkdən çətinliklə xilas olduq. Bir anlıq mühasirədə idik, düşündük ki, vəssalam, sağ çıxmayacağıq. Lakin böyük çətinliklə mühasirədən çıxa bildik”, - deyə Erik Karapetyan əlavə edib.

O bildirib ki, geri çəkilmə əmri alıblar, tezliklə avtomatlarla mərmilərə və PUA-lara qarşı mübarizə aparmağın mümkün olmadığını başa düşüblər: “Hansısa bir andan irəli getməli və itiriləni geri qaytarmalı olduğumuza dair inancla geri çəkilirdik”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin