Ordu.az xəbər verir ki, bu barədə hər iki ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Fransa müdafiə naziri Florens Parli və Almaniya müdafiə naziri Anneqret Kramp-Karrenbauer Normandiyada yerləşən “Evreux” aviabazasında bununla bağlı müqavilə imzalayıb.
Razılaşmaya əsasən, eskadriliyada C-130J hərbi nəqliyyat təyyarələri birgə istifadə ediləcək. Mərkəzdə təyyarə pilotları birgə təlim keçəcəklər.
Eskadriliya “Lockheed Martin” şirkəti tərəfindən inşa edilən 10 C-130J təyyarəsindən ibarət olacaq, bunlardan 6-sı Almaniyadan, 4-ü isə Fransadan gələcək.
Hərbi obyektlərin 3 il ərzində istifadəyə verilməsi planlaşdırılır. Mərkəzin 2024-cü ildə tam əməliyyat qabiliyyətinə sahib olması gözlənilir.
Sevinc Əliyeva
Ordu.az