Erməni hüquq müdafiəçisi: “İtkin düşənlər və hərbi əsirlər problemi yalnız siyasi məqsədlər üçün manipulyasiya edilir”

2021/09/10365-1630489848.jpg
Oxunub: 1404     17:42     01 Sentyabr 2021    
“Ermənistan bu problemlə Qarabağ müharibəsinin birinci mərhələsindən sonra üzləşib və Ermənistan səlahiyyətliləri dərk etməlidirlər ki, dövlətin öz vətəndaşlarına qarşı yanaşması belə olmamalıdır”.

Ordu.az xəbər verir ki, bunu Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri, erməni hüquq müdafiəçisi Artur Sakunts deyib.

O qeyd edib ki, 243 itkin düşən var, ancaq bir nəfər olsa belə, dövlət öz öhdəliyini yerinə yetirməlidir.

“Dövlət özünün bu öhdəliyini vətəndaşlar qarşısında da dərk etmədi. Birinci müharibədən sonra başqa müharibələr olmaması üçün səylər göstərməli idi, çünki müharibədən sonra zərərçəkənlər meydana gəlir. Məgər əsirlər, qurbanlar və qaçqınlar olmaması üçün lazmi səylər göstərildi?”, - deyə Sakunts qeyd edib.

O bildirib ki, Ermənistanda itkin düşənlər və hərbi əsirlər problemi yalnız siyasi məqsədlər üçün manipulyasiya edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Böhran  


Bizi "telegram"da izləyin