Erməni ekspert: “Türkiyə heç vaxt sərhədi açmayacaq”

2021/09/Untit-1630480644.jpg
Oxunub: 1221     15:59     01 Sentyabr 2021    
“7 milyon diaspor ermənisinin fikrini bildirə bilmərəm. Amma mənim fikrimcə, Baş nazirimiz yanlış istiqamətdə hərəkət edir”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-da dərc olunan “California Courier” qəzetinin redaktoru Harut Sasunyan deyib.

Sasunyan qeyd edib ki, Türkiyə heç vaxt Ermənistanla sərhədi açmayacaq.

“Türklər əsl tələblərini heç vaxt Ermənistandan gizlətməyiblər, Ermənistanın “soyqırımı”nın (qondarma – red.) beynəlxalq səviyyədə tanınmasından geri çəkilməsini və ikincisi, Ermənistanın türklərin torpaq hakimiyyətini tanımasını istəyirlər. Və üçüncüsü Qarabağın Azərbaycana qaytarılmasıdır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin