Norveç Arktikada P-8A “Poseidon” patrul təyyarələri yerləşdirməyi planlaşdırır

2021/08/KAS4T-1630135108.jpg
Oxunub: 1067     19:17     28 Avqust 2021    
Norveç 2022-ci ildə Arktikaya P-8A “Poseidon” dəniz patrul təyyarələri yerləşdirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.

Oslo hökuməti ölkənin bölgədəki müdafiə qabiliyyətini və hazırlığını gücləndirmək üçün uzunmüddətli səylərini davam etdirmək niyyətində olduğunu bildirib.

Xatırladaq ki, Norveçin Arktikaya yaxın şimal bölgəsində ölkənin Hərbi Hava Qüvvələri üçün aviabaza inşa edilir.

Qeyd edək ki, Arktika bölgəsi buzların əriməyə başlaması ilə Qərb dövlətləri və Rusiyanın maraqlarının toqquşduğu növbəti ərazi olub. ABŞ bölgədə fəaliyyət göstərmək üçün yeni maşınlar alır, Rusiya nüvə enerjisi ilə işləyən buzqıran gəmilər inşa edir. Ekspertlər yaxın gələcəkdə Arktika bölgəsinin yeni toqquşma meydanı olacağını düşünür.

P-8A “Poseidon” təyyarələri “Boeing 737-800” sərnişin təyyarəsinə əsaslanan yeni nəsil sualtı əleyhinə patrul təyyarəsidir. Təyyarələr AN/APS-137D (V) 5 radarı və AN/APY-10 radioelektron mübarizə vasitələri ilə təchiz edilib. Təyyarənin daxili silahlanma bölməsində sualtı qayıqları məhv edə bilən torpedolar mövcuddur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Arktika   P-8A   Poseidon  


Bizi "telegram"da izləyin