Qətər üçün xüsusi hazırlanan F-15 təyyarələri “Əbabil” adlandırılıb

2021/08/12-1629976771.jpg
Oxunub: 1091     17:57     26 Avqust 2021    
Qətər Hərbi Hava Qüvvələri üçün xüsusi olaraq hazırlanmış F-15QA döyüş təyyarəsinə “Əbabil” adı verilib.

Ordu.az xəbər verir ki, bu barədə “Boeing Defence” şirkəti məlumat yayıb.

Şirkət F-15QA “Əbabil”in uçmağa hazır olduğunu və Qətər hava məkanının qoruyucusu olacağını bildirib. Pilotların təlimi başa çatdıqdan sonra ilk təyyarə bu il Qətərə göndəriləcək.

2017-ci ilin iyununda imzalanan müqavilə ilə Qətər 12 milyard ABŞ dolları dəyərində 36 ədəd F-15QA döyüş təyyarəsi sifariş verdiyini açıqlayıb.

“Əbabil” Səudiyyə Ərəbistanı üçün xüsusi olaraq hazırlanmış F-15SA döyüş təyyarəsinə bənzəyir. Təyyarələr “Raytheon” tərəfindən hazırlanan AESA radarına, idarə olunan uçuş sistemlərinə və qanadın altında 11 silah asqısına malikdir.

F-15QA qırıcı təyyarəsi 16 AIM-120 AMRAAM, 4 AIM-9X “Sidewinders” və dəqiq idarə olunan döyüş sursatı daşıya biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   HHQ   Əbabil  


Bizi "telegram"da izləyin