Ordu.az xəbər verir ki, bunu “The California Courier” qəzetinin naşiri və baş redaktoru Harut Sasunyan deyib.
“Sahib olacağımız yeganə şikayət ABŞ səfiri Qarabağa səfər edəndə olacaq. Naxçıvan səfəri səfirin missiyasının bir hissəsini təşkil edir, bu barədə o, Dövlət Departamentinə məlumat verəcək”, - deyə Sasunyan qeyd edib.
O bildirib ki, müharibə günlərində Rusiya daha çox irəli gedib.
“Əlbəttə, Rusiya Ermənistanı silahlandırmasa, Azərbaycan şad olar. Hər gün səhər oyandığımızda görürük ki, İlham Əliyev yeni bir çıxış edib, yeni tələblər qoyur. Onun məqsədi məlumdur, o, Ermənistanın zəif, gücsüz ölkə olduğunu görür, Ermənistandan maksimum güzəştlər qoparmaq üçün indi düzgün zaman olduğunu düşünür”, - deyə Harut Sasunyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az