Pentaqon “Skyborg” PUA-ları üçün daha 20 milyon dollar ayırıb

2021/08/GA-Av-1629702198.jpg
Oxunub: 958     16:37     23 Avqust 2021    
ABŞ Hərbi Hava Qüvvələri “Skyborg” layihəsi çərçivəsində PUA-ların inkişaf etdirilməsi üçün “Kratos” və “General Atomics” şirkətlərinə daha 20 milyon dollar vəsait ayırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

Vəsaitin 13,2 milyon dolları “Kratos” şirkətinin XQ-58A PUA-ları, 7 milyon dolları isə “General Atomics” şirkətinin MQ-20 “Avenger” PUA-ları üçün veriləcək.

Qeyd edək ki, “Skyborg” döyüş təyyarələrini müşayiət etmək üçün zərbə tipli Pilotsuz Uçuş Aparatının inkişafını nəzərdə tutan ABŞ Hərbi Hava Qüvvələrinin rəhbərlik etdiyi layihədir.

2020-ci ildə ABŞ ordusu layihədə iştirak etmələri üçün “Boeing”, “General Atomics”, “Kratos” və “Northrop Grumman” şirkətləri ilə müqavilələr imzalayıb. 29 sentyabr 2020-ci ildə ABŞ Hava Qüvvələri “Skyborg” prototipi üzərində işləmək üçün doqquz şirkətlə (AeroVirasion, Autonodyne LLC, BAE Systems, Blue Force Technologies, Fregata Systems LLC, Lockheed Martin, NextGen Aeronautic, Sierra Technical Services və Wichita State University) müqavilə bağlayıb. 21 dekabr 2020-ci ildə Kaliforniyanın Konkord şəhərində yerləşən “Voly Defence Solutions LLC” şirkəti də layihəyə əlavə edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Skyborg   PUA  


Bizi "telegram"da izləyin