ABŞ ordusu daha mobil “Aegis Ashore” sistemi əldə etmək istəyir

2021/08/eeb51-1629528411.jpg
Oxunub: 1756     16:51     21 Avqust 2021    
ABŞ-ın Raketdən Müdafiə Agentliyi “Aegis Ashore” ballistik raketdən müdafiə sisteminin daha az mürəkkəb və daha mobil sistemə çevrilməsini istəyir.

Ordu.az xəbər verir ki, bu barədə “Hill” nəşri yazıb.

ABŞ 2016-cı ildən etibarən Rumıniyanın Deveselu şəhərində tam işlək “Aegis Ashore” yerləşdirib, lakin Polşanın Redzikovo şəhərində ikinci sabit sistem qurmaqda çətinlik çəkir. Bu yerin 2018-ci ilin avqust ayına qədər istifadəyə verilməsi lazım idi, lakin çox güman ki, ən tezi 2022-ci maliyyə ilinə qədər işləməyəcək.

Buna görə, Agentlik sistemlərin daha mobil və daha sadə olmasını istəyir.

ABŞ qlobal raketdən müdafiə sistemini inkişaf etdirməyin lazım olduğunu əsas gətirərək Rusiya ilə bağlanan Orta və Yaxın Mənzilli Raket (OYMR) razılaşmasından çıxıb. Daha sonra raketdən müdafiə sistemlərini Polşa və Çexiya Respublikasında yerləşdirməyə başlayıb. “Aegis Ashore” inkişaf etmiş SPY-1 radarları və SM-3 raketlərindən ibarətdir.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-ordusu   Aegis-Ashore  


Bizi "telegram"da izləyin