“Dedovşina” nəticəsində 3 erməni əsgərin ölümü hiddətə səbəb oldu: “Millətin genefondunun başı kəsilir”

2021/08/ermen-1629456060.jpg
Oxunub: 6255     16:11     20 Avqust 2021    
Dünən Ermənisanda hərbi hissələrdən birinin döyüş mövqeyində 3 hərbi qulluqçunun cəsədi tapılıb. Onların xidmət yoldaşları tərəfindən öldürüldüyü bildirilir.

Ordu.az xəbər verir ki, hadisə Ermənistanın ictimai-siyasi dairələrində etirazla qarşılanıb.

“Bu nədir edirsiniz? 92-ci ildən bəri orduda belə bir şey olmayıb”, - deyə erməni politoloq Qareqin Petrosyan qeyd edib.

“Hetq.am” nəşrinin baş redaktoru Edik Bağdasaryan “Facebook” səhifəsində 3 erməni hərbi qulluqçunun cəsədinin tapılmasına toxunaraq yazıb: “Nazirin əmri ilə 7 əsgər nəzərdə tutulursa, niyə döyüş mövqeyində 3 əsgər olub, qalan 4 əsgər haradadır?”.

Erməni ictimai-siyasi xadim Marqarit Yesayan “Facebook” səhifəsində bildirib ki, Ermənistanda infantisid var, millətin genefondunun başı kəsilir.

“2021-ci sentyabrın 27-dən bu günə qədər bunlar hələ də hakimiyyətdə olacaqlarsa, deməli bundan sonra da ölkəmizdə infantisid olacaq, 21 əsrin uşaqları, əsgər yaşına çatmış, orduya getmiş, ancaq hələ də uşaq olan oğlanlar öldürülür”, - deyə o qeyd edib.

Oğlu müharibə zamanı ölən erməni ictimai xadim Karin Tonoyan “Facebook” səhifəsində yazıb: “Yenə döyüş mövqeyində öldürülmüş üç şəxs tapıblar, atəş açmayan əsgəri necə öldürməsinlər?. Müdafiə olunmayan milləti necə qırmasınlar, öz əsgərinin qanını bu qədər ucuz qiymətləndirən xalqa necə hörmət etsinlər?”.

Erməni ictimai xadim Voskan Sarkisyan “Facebook” səhifəsində yazıb: “Ermənistan Müdafiə naziri Arşak Karapetyan Ermənistan sərhədini keçənlərə qarşı sərt tədbirlər görməyi vəd edirdi, onun qətiyyəti bu idi?”.

Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan “Facebook” səhifəsində yazıb ki, nə baş verdiyini anlamır: “Nə baş verdiyini anlamıram. Bir döyüş mövqeyində 3 qurban və hələ də detallar aydınlaşdırılır?”.

Ermənistanın “Respublika Naminə” partiyası bəyanat yayıb ki, ikinci Qarabağ müharibəsindən sonra başlayan Ermənistan dövlətçiliyinin total böhranı açıq-aşkar orduya çatıb və burada birbaşa olaraq dəhşətli təzahürlərə malik olur.

Ermənistanın “Ədalətli Ermənistan” partiyasının rəhbəri, erməni vəkil Norayr Norikyan 3 erməni hərbi qulluqçunun cəsədinin tapılmasına toxunaraq bildirib ki, birbaşa olaraq obyektiv istintaq aparılmalıdır.

“İllər ərzində heç kim məsuliyyətə cəlb olunmayıb, çox insanlar məsuliyyətdən qaçıblar və heç bir rəhbər heyətin rütbələri qoparılmayıb. Yəni illər ərzində davamlı olaraq kök salmış total bir xəstə fenomenlərlə işimiz var, nəticədə uşaqlarımızın həyatı itirilir”, - deyə o qeyd edib.

Erməni hüquq müdafiəçisi Artur Sakunts bildirib ki, döyüş mövqeyində baş verən Ermənistan Silahlı Qüvvələrində hökm sürən atmosferin nəticəsidir. Sakunts deyib ki, siyasi meytrallıq prinsipini pozmuş hərbçilərlə Silahlı Qüvvələrdə islahatlara nail olmaq mümkün deyil.

Ermənistan parlamentinin keçmiş deputatı Arman Babacanyan “Facebook” səhifəsində yazıb ki, 44 günlük müharibədən sonra Ermənistan ordusunun bərpası artıq həyati əhəmiyyətə malikdir.

“44 günlük müharibədən sonra mövcud hərbi-siyasi problemlərə, illər ərzində yetişmiş problemlərə Silahlı Qüvvələrin texnoloji, hərbi, struktur hazırlıqsızlığı haqqında danışılır, eyni zamanda general heyətinin hərbi-siyasi hazırlığı məsələsi görməzdən gəlinir”, - deyə Babacanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənisan   Dedovşina  


Bizi "telegram"da izləyin