PUA havada “Hawkeye” təyyarəsinə yanacaq doldurub

2021/08/20210-1629453105.jpg
Oxunub: 928     17:14     20 Avqust 2021    
“Boeing” şirkətinin istehsal etdiyi MQ-25 “Stingray” PUA-sı havada E-2D “Hawkeye” təyyarəsinə yanacaq doldurub.

Ordu.az xəbər verir ki, bu barədə “Defense world” nəşri yazıb.

Bu, MQ-25 komandasının bu yay həyata keçirdiyi ikinci havada yanacaqdoldurma missiyasıdır. İyunun 4-də MQ-25 ABŞ Hərbi Dəniz Qüvvələrinin “Super Hornet” adlı başqa bir təyyarəsinə yanacaq dolduran ilk pilotsuz təyyarə oldu.

“Boeing” hazırda sifariş edilən yeddi MQ-25 sınaq PUA-sının ilk ikisini və iki yerüstü sınaq məhsulunu istehsal edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   Hawkeye  


Bizi "telegram"da izləyin