Yaponiyanın KC-46A tankeri təyyarəsi ilk dəfə havada yanacaqdoldurma uçuşu həyata keçirib

2021/08/boein-1629182694.jpg
Oxunub: 921     15:43     17 Avqust 2021    
Yaponiya Hərbi Hava Qüvvələri üçün istehsal edilən KC-46A tankeri təyyarəsi ilk dəfə havada yanacaqdoldurma uçuşu həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “Defense world” nəşri yazıb.

“Boeing” tərəfindən istehsal edilən tanker təyyarəsi Vaşinqton səmalarında digər təyyarəyə uğurla yanacaq doldurub.

Yaponiya KC-46 proqramının ABŞ-dan sonra ilk müştərisidir və bu il ilk təyyarəsini alması planlaşdırılır.

Yaponiya üçün təyyarələrin istehsalı ilə bağlı müqavilə 2017-ci ildə imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   KC-46A  


Bizi "telegram"da izləyin