Erməni deputat: “Azərbaycan öz ölkəmizdə hansı yollarla hərəkət edə biləcəyimizə qərar verib”

2021/08/4569-1629102625.jpg
Oxunub: 1638     16:33     16 Avqust 2021    
“Ermənistanda fəaliyyətdə olan rejimin hərəkətsizliyi, zəifliyi, eləcə də bir çox başqa səbəblərdən Azərbaycan getdikcə daha aqressiv olur. İş o yerə çatıb ki, Azərbaycan “Google” ilə razılığa gəlib və öz ölkəmizdə hansı yollarla hərəkət edə biləcəyimizə, hansılarla hərəkət edə bilməyəcəyimizə qərar veriblər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” blokunun deputatı Qeğam Nazaryan “Facebook” səhifəsində yazıb.

““Google Map”in xəritəsinə görə, Ermənistan sərhədləri GPS ilə təhrif olunub. Bu, hətta Sovet Ermənistanı və Azərbaycan arasında olan sərhədlərlə heç bir əlaqəyə malik deyil. Yeri gəlmişkən, məhz bu sərhədlərlə də Sünikdə şifahi razılaşma əsasında GPS ilə sərhədlər müəyyənləşdirilib və müəyyənləşdirilir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-deputat   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin