Türkiyə Türkmənistana “Dearsan C92” korveti təhvil verib

2021/08/Dears-1628922313.jpg
Oxunub: 5666     11:23     14 Avqust 2021    
Türkiyənin ən böyük hərbi gəmiqayırma şirkətlərindən olan “Dearsan” tərəfindən istehsal edilən “Deniz Han” adlı korveti Türkmənistana təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkmənistan dövlət televiziyası məlumat yayıb.

Televiziyanın verdiyi məlumata görə, korvetin istifadəyə verilməsi ilə bağlı mərasim keçirilib.

“Dearsan C92” korveti və ya Türkmənistan Donanmasında “Deniz Han” adı ilə silahlanmaya daxil edilən gəmi Türkiyənin hərbi gəmiqayırma sahəsində əldə etdiyi nailiyyətlərini ən yaxşı şəkildə göstərən məhsullardan biridir.

Hazırlanan gəmiyə korvet adı verilsə də, gəmi bacarıq, avadanlıq və silahlanma baxımından Avropa freqatlarına bərabərdir.

Bundan əlavə, mərasimdə, ASELSAN tərəfindən yerli imkanlarla təkmilləşdirilən GÖKDENİZ yaxın hava hücumundan müdafiə sistemi (CIWS) və ROKETSAN şirkətinin sualtı müdafiə raketi və atıcı sistemi “Deniz Han” gəmisinin silahlanmasına əlavə edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TürkiyəTürkmənistan   Dearsan-C92  


Türkiyə Türkmənistana “Dearsan C92” korveti təhvil verib

2021/08/Dears-1628922313.jpg
Oxunub: 5667     11:23     14 Avqust 2021    
Türkiyənin ən böyük hərbi gəmiqayırma şirkətlərindən olan “Dearsan” tərəfindən istehsal edilən “Deniz Han” adlı korveti Türkmənistana təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkmənistan dövlət televiziyası məlumat yayıb.

Televiziyanın verdiyi məlumata görə, korvetin istifadəyə verilməsi ilə bağlı mərasim keçirilib.

“Dearsan C92” korveti və ya Türkmənistan Donanmasında “Deniz Han” adı ilə silahlanmaya daxil edilən gəmi Türkiyənin hərbi gəmiqayırma sahəsində əldə etdiyi nailiyyətlərini ən yaxşı şəkildə göstərən məhsullardan biridir.

Hazırlanan gəmiyə korvet adı verilsə də, gəmi bacarıq, avadanlıq və silahlanma baxımından Avropa freqatlarına bərabərdir.

Bundan əlavə, mərasimdə, ASELSAN tərəfindən yerli imkanlarla təkmilləşdirilən GÖKDENİZ yaxın hava hücumundan müdafiə sistemi (CIWS) və ROKETSAN şirkətinin sualtı müdafiə raketi və atıcı sistemi “Deniz Han” gəmisinin silahlanmasına əlavə edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TürkiyəTürkmənistan   Dearsan-C92  


Bizi "telegram"da izləyin