“Taliban” ABŞ istehsalı olan “ScanEagle 2” PUA-sını ələ keçirib

2021/08/scane-1628837496.jpg
Oxunub: 1122     16:00     13 Avqust 2021    
Əfqanıstanda “Taliban” qiyamçıları ilə hökumət qüvvələri arasında şiddətli döyüşlər davam edir.

Ordu.az xəbər verir ki, qiyamçılar hökumət qüvvələrinin tərk etdikləri ərazidən yüzlərlə zirehli maşınlar, pikaplar və müxtəlif silahlar ələ keçirib.

Qiyamçıların təqdim etdiyi görüntülərdə Əfqanıstan ordusunun ABŞ istehsalı “ScanEagle 2” PUA-sını qoyub getdikləri görünür.

Vaşinqtonda yerləşən “Boeing” şirkətinin törəməsi olan “İnsitu” tərəfindən istehsal edilən “Scan Eagle 2” Kunduz vilayətində ələ keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   ABŞ   ScanEagle-2  


Bizi "telegram"da izləyin