Qətər ordusuna Fransanın “Rafale” döyüş təyyarələri təhvil verilib

2020/03/rafal-1584339125.jpg
Oxunub: 5542     15:52     10 Avqust 2021    
Qətər Hərbi Hava Qüvvələri Fransadan sifariş edilən “Dassault Aviation” istehsalı olan “Rafale” döyüş təyyarələrini qəbul etməyə davam edir.

Ordu.az xəbər verir ki, Fransanın Bordo şəhərindən havaya qalxan daha 4 “Rafale” döyüş təyyarəsi Qətərə gəlib.

Təyyarələrdən üçü bir nəfərlik (EQ konfiqurasiyası), biri isə iki nəfərlikdir (DQ konfiqurasiyası).

Qətər Hərbi Hava Qüvvələri ümumilikdə 36 ədəd “Rafale” sifariş verib. Sifarişin ümumi dəyəri təxminən 7.4 milyard avroya çatır. Sifariş verilən təyyarələrin daşıdığı raketlərə SCALP-EG qanadlı raketləri, “Meteor”, MICA IR və MICA EM “hava-hava” raketləri və “Exocet” gəmi əleyhinə raketlər daxildir.

550 min əhalisi olan kiçik neftlə zəngin ölkənin hava qüvvələri son illərdə yenidən qurularaq bölgənin ən müasir hava qüvvələrindən birinə çevrilib. 2017-ci ildə Səudiyyə Ərəbistanı və BƏƏ təzyiqi ilə Qətərə qarşı tətbiq edilən embarqodan sonra bu ölkənin müdafiə xərcləri çox yüksək səviyyələrə çatıb.

Fransa istehsalı təyyarələrdən başqa Qətər 36 ədəd F-15QA təyyarələri alacaq. Bu ölkə 24 ədəd “Eurofighter Typhoon” qırıcı təyyarəsi də sifariş edib. Mətbuatda yayılan məlumatlara görə, Qətər F-35 döyüş təyyarələri ilə də maraqlanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qətər-ordusu   Fransa   Rafale  

Qətər ordusuna Fransanın “Rafale” döyüş təyyarələri təhvil verilib

2020/03/rafal-1584339125.jpg
Oxunub: 5543     15:52     10 Avqust 2021    

Bizi "telegram"da izləyin