““Polie-21”lər müharibənin son günlərində PUA-lara qarşı istifadə edilib” - Hovhannisyan

2021/08/karen-1628498710.jpg
Oxunub: 1537     15:55     09 Avqust 2021    
“Ermənistan və Azərbaycan arasında baş verən 44 günlük müharibə raketlərin, Pilotsuz Uçuş Aparatlarının (PUA) və raket-artilleriya hərbi texnikanın intensiv tətbiqi ilə fərqləndi”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Hovhannisyan öz araşdırmasında bildirib.

O qeyd edir ki, müharibə zamanı sovet dövrünün “Skad” və “Toçka” raketlərindən tutmuş yeni və daha inkişaf etmiş “İsgəndər” və İsrail istehsalı olan LORA (LOng Range Attack) raketlərinə qədər istifadə olunub.

“Rusiya tərəfindən tədarük edilən “Polie-21” radioelektron mübarizə vasitələri müharibənin son günlərində Azərbaycan PUA-larına qarşı istifadə edilib. Onların effektivliyi barədə məlumat verilmir”, - deyə Hovhannisyan bildirib.

Ermənistan Azərbaycanın ikinci ən çox əhalisi olan şəhəri Gəncəyə “Toçka” və “Skad” raketlərindən istifadə edib.

Ermənistanın S-300 kimi daha böyük hava hücumundan müdafiəsi orta əməliyyat hündürlüyündə uçan PUA-lar üçün nəzərdə tutulmayıb və “Harop” kamikadze PUA-ları tərəfindən məhv edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   PUA  


Bizi "telegram"da izləyin