Rəsmi İrəvan sona qədər manipulyasiya yolunu tutub

2021/08/image-1628157401.jpg
Oxunub: 643     16:20     05 Avqust 2021    
“Artsrun Hovhannisyan (Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəsmisi - red.) müharibədən sonra Birləşmiş Ştatlara getmişdi, sonra qayıtmışdı, Verin Şorjada sərhəd toqquşması günü isə mövqelərdə peyda olmuşdu və ictimaiyyətə məlumat verirdi”.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşrində dərc olunan məqalədə bildirilib.

“Maraqlıdır ki, o, hər hansı statusa sahib deyildi, sırf özəl şəxs idi, lakin mövqelərə yaxınlaşmaq üçün ona icazə verilmişdi. Yeri gəlmişkən, bu, KİV-lərin nümayəndələrinə qadağan edilmişdi. Böyük ehtimal icazə ən yuxarıda oturan adamlar tərəfindən verilmişdi və bunda iki şəxsin saqqal və düşüncə bənzərlikləri rol oynamışdı. Bundan sonra Ermənistan telekanallarından biri ona müsahibəyə dəvət etmişdi”, - deyə məqalədə yazılıb.

Müəllif xatırladıb ki, halbuki bu şəxs 44 gün ərzində davamlı olaraq bütün erməniləri “qalib gələcəyik” şüarı ilə aldadırdı.

“Məlum olur ki, o da demək olar aldanmışdı. Çünki sadəcə hərbi komandanlıqdan aldığı məlumatları ictimaiyyətə çatdırırdı. Əslində isə heç də erməni dilini (bəzən həm də rus dilini) başa düşən bütün insanlar kimi aldanmamışdı, çünki hərbçi olaraq əmindir ki, məğlub olsan da, bu barədə danışaq hüququna sahib deyilsən. Çünki, bu, çaxnaşmaya və ön xəttin məhv olmasına gətirib çıxaracaq. Deyəsən ehtiyatda olan polkovnik ağlı başında nəsə deyir, bəs Nikolun “yanılmaq qətiyyəti - düzgün yol” saxta və təhlükəli tezisi ilə bənzərlik görmürsünüz?”, - deyə müəllif vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MN  

Rəsmi İrəvan sona qədər manipulyasiya yolunu tutub

2021/08/image-1628157401.jpg
Oxunub: 644     16:20     05 Avqust 2021    

Bizi "telegram"da izləyin