İran ciddi seçim qarşısında: Qafqaz ölkələrinin rolu nə ola bilər?

2021/08/00-13-1628149209.jpg
Oxunub: 793     11:51     05 Avqust 2021    
İranın ruhani lideri iyunda baş tutan prezident seçkisində səslərin əksəriyyətini qazanan və İranın yeni prezidenti olacaq İbrahim Rəisini prezident vəzifəsində təsdiq edib. Rəisinin vəzifəni üzərinə götürməsi tədbiri avqustun 5-də olacaq.

İranın yeni seçilmiş prezidenti İranın ruhani liderinin təsdiqini alaraq Amerika sanksiyalarını ləğv etmək istiqamətində işləyəcəyini qeyd edib, eyni zamanda İranın daxili iqtisadi vəziyyətinin və vətəndaşların rifahının bu sanksiyaların ləğv edilməsi ilə şərtlənməyəcəyini əlavə edib.

İranda kifayət qədər mürəkkəb iqtisadi vəziyyət var və bu vəziyyət bəlkə də yalnız mövcud sistemin, hakimiyyətin sərt təsir vasitələri şəraitində kütləvi etiraza, sosial üsyana çevrilmir. Bu şəraitdə belə ayrı-ayrı şəhərlərdə izdihamlı aksiyalar baş tutur. İran, eləcə də Cənubi Qafqaz üçün bu, çətin problemdir, çünki qonşu və dost İranın daxili sabitliyi Cənubi Qafqaz üçün geniş təhlükəsizlik sisteminin ən vacib komponentidir.

Bu şəraitdə Qərb sanksiyalarının ləğv edilməsi İran üçün təkcə siyasi və ya sosial-iqtisadi məsələ deyil, həm də hərbi-siyasi vacib əhəmiyyətə malikdir, çünki ABŞ-la siyasi razılaşma, əməkdaşlıq və dialoq rejimi İrana qarşı regional ambisiyaları cilovlayan əsas amil olacaq. Bu dialoq isə strateji baxımdan Cənubi Qafqaz ölkələrinin də marağından irəli gəlir.

Asif Cəfərov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Qafqaz  

İran ciddi seçim qarşısında: Qafqaz ölkələrinin rolu nə ola bilər?

2021/08/00-13-1628149209.jpg
Oxunub: 794     11:51     05 Avqust 2021    

Bizi "telegram"da izləyin