Ermənistanın Xarici İşlər naziri kim təyin olunacaq?

2021/08/image-1628148105.jpg
Oxunub: 556     15:30     05 Avqust 2021    
Ermənistan Baş nazirinin təyin edilməsindən sonra sərəncamın mürəkkəbi qurumamış Ermənistan hökumətinin digər üzvləri təyin olunmağa başlayıb.

Ermənistanın artıq 2 Baş nazir müavini və 11 naziri var. Onlar öz öhdəliklərinin yerinə yetirilməsinə keçiblər. 11 nazirdən cəmi 3-ü yenidir: Ədliyyə naziri Karen Andreasyan, Maliyyə naziri Tiqran Xaçatryan, Ərazi İdarəetmə və İnfrastrukturlar naziri Qnel Sanosyan. Qalanı 2018-ci ildə və ya daha sonra təyin edilmiş köhnə nazirlərdir.

Bu siyahıda təəccüblü şəkildə Xarici İşlər nazirinin adı yoxdur. Bildiyiniz kimi, Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan Ermənistan Xarici İşlər nazirinin birinci müavini təyin edildikdən sonra onun Ermənistan Xarici İşlər naziri təyin olunacağına dair xəbərlər yayılıb.

“Hraparak” nəşrinə bildiriblər ki, Rusiyanın anti-rus baxışlara sahib olan məlum Armen Qriqoryanı vaxtilə Ermənistan Təhlükəsizlik Şurasının katibi, indi isə Ermənistan Xarici İşlər naziri təyin etməyə qarşı olması sirr deyil, Ermənistan hakimiyyəti rus qadağasını aradan qaldırmaq üçün bu niyyət barədə Rusiya hakimiyyətinə məlumat verib və ona “sizin işinizdir” deyə cavab verilib.

Məlumata görə, Ermənistan hakimiyyəti yenə Ermənistan parlamentinin artıq keçmiş sədri Ararat Mirzoyanı Ermənistan Xarici İşlər naziri təyin etmək fikrinə qayıdıb və onun inandırmağa davam edirlər ki, bu vəzifəni öz üzərinə götürsün.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan.XİN   Xaos  

Ermənistanın Xarici İşlər naziri kim təyin olunacaq?

2021/08/image-1628148105.jpg
Oxunub: 557     15:30     05 Avqust 2021    

Bizi "telegram"da izləyin