Ermənistanın “səfirsiz” XİN-i

2021/08/image-1628148030.jpg
Oxunub: 898     16:51     05 Avqust 2021    
Armen Qriqoryanın Xarici işlər nazirinin birinci müavini təyin edilməsindən sonra da Ermənistan Xarici İşlər Nazirliyində vəziyyət dəyişməyib.

Ermənistan XİN-in saytını müşahidə edən zaman burada tam sahibsizliyin olduğunu müşahidə etmək mümkündür. Ermənistanın bir çox ölkələrdə səfirləri yoxdur, XİN-in saytında bu ölkələrdəki Ermənistan səfirinin adının qarşısında yazılıb: fövqəladə və səlahiyyətli səfir, zati-aliləri.

Ad yoxdur. Məsələn, saytda Ermənistanın ABŞ-dakı səfiri artıq qeyd olunub, sərəncam var, amma səfirin qarşısında fövqəladə və səlahiyyətli səfir, zati-ailələri, cənab yazılıb. Lilit Makuntsun adı yoxdur. 2020-ci ildən İsraildən geri çağrılmış Armen Smbatyanın adı 10 aydır XİN-in saytından çıxarılmayıb: o, hələ də Ermənistanın İsraildəki zati-aliləri, fövqəladə və səlahiyyətli səfiridir.

Ermənistan XİN-in saytından çıxış etsək, Ermənistanın Albaniya Respublikası, Andorra Knyazlığı, Əlcəzair Xalq Demokratik Respublikası, Əfqanıstan, Belarus, Banqladeş, Bosniya və Herseqovina, Qvatemala, Estoniya, Latviya, Türkmənistan, Qazaxıstan və Qırğızıstan, Tacikistan, İndoneziya, İrlandiya, Liviya, Kolumbiya, Kosta-Rika, Koreya Respublikası, Kuba, Cənubi Afrika, Honduras, Malayziya, Moldova, Nepal, Şri-Lanka, Çili, Panama, Paraqvay, Peru, San-Marino, Sinqapur, Uruqvay və Omanda səfirləri yoxdur.

Xatırladaq ki, XİN-in keçmiş mətbuat katibi Anna Nağdalyan da səfir müavini statusunda ABŞ-a getməli idi. Yeri gəlmişkən, səfir müavinini Ermənistan prezidenti yox, Xarici İşlər naziri təyin edir və Nağdalyanın təyinatını Ara Ayvazyan etmişdi, buna görə də bu təyinatın qüvvədə qalıb-qalmayacağı, Ayvazyanın başqa qərarlarının ləğv edildiyi kimi, ləğv edilib-edilməycəyi məlum deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   XİN   Xaos  

Ermənistanın “səfirsiz” XİN-i

2021/08/image-1628148030.jpg
Oxunub: 899     16:51     05 Avqust 2021    

Bizi "telegram"da izləyin