Pakistan üçün Türkiyədə inşa edilən ilk korvet gələn həftə dənizə endiriləcək

2021/08/PN-MI-1628145510.jpg
Oxunub: 936     11:10     05 Avqust 2021    
Pakistan Dəniz Qüvvələri üçün Türkiyədə inşa edilən MİLGEM sinifinə məxsus ilk korvet gələn həftə dənizə endiriləcək.

Ordu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəmilərin dəniz endirilməsi üçün avqustun 15-də xüsusi mərasim keçiriləcək.

İstanbul Gəmiqayırma Komandanlığında keçiriləcək mərasimə Prezident Rəcəb Tayyib Ərdoğanın da qatılması planlaşdırılır.

2018-ci ildə Pakistan üçün 4 ədəd MİLGEM gəmisinin inşa edilməsi üçün tərəflər arasında müqavilə imzalanıb. Pakistan Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək korvetlərdən ikisi İstanbulda, digər ikisi Kəraçidə inşa edilməlidir.

Avqustun 15-də dəniz endiriləcək korvetin sınaq fəaliyyətindən sonra 2023-cü ildə Pakistan Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır. Proqram cədvəlinə görə, bütün korvetlər 2024-cü ilin sonuna qədər təhvil veriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   HDQ   Türkiyə  


Pakistan üçün Türkiyədə inşa edilən ilk korvet gələn həftə dənizə endiriləcək

2021/08/PN-MI-1628145510.jpg
Oxunub: 937     11:10     05 Avqust 2021    
Pakistan Dəniz Qüvvələri üçün Türkiyədə inşa edilən MİLGEM sinifinə məxsus ilk korvet gələn həftə dənizə endiriləcək.

Ordu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəmilərin dəniz endirilməsi üçün avqustun 15-də xüsusi mərasim keçiriləcək.

İstanbul Gəmiqayırma Komandanlığında keçiriləcək mərasimə Prezident Rəcəb Tayyib Ərdoğanın da qatılması planlaşdırılır.

2018-ci ildə Pakistan üçün 4 ədəd MİLGEM gəmisinin inşa edilməsi üçün tərəflər arasında müqavilə imzalanıb. Pakistan Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək korvetlərdən ikisi İstanbulda, digər ikisi Kəraçidə inşa edilməlidir.

Avqustun 15-də dəniz endiriləcək korvetin sınaq fəaliyyətindən sonra 2023-cü ildə Pakistan Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır. Proqram cədvəlinə görə, bütün korvetlər 2024-cü ilin sonuna qədər təhvil veriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   HDQ   Türkiyə  


Bizi "telegram"da izləyin