ABŞ hökuməti Tayvana ÖAQ-ların satılmasına razılıq verib

2021/08/455-1628159665.jpg
Oxunub: 719     17:47     05 Avqust 2021    
ABŞ Dövlət Departamenti Tayvan administrasiyasına 40 ədəd 155 mm kalibrli M109A6 Özüyeriyən Artilleriya Qurğularının (ÖAQ) satılmasına razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

İcazə verilən müqaviləyə artilleriya qurğuları ilə yanaşı sursatlar, ehtiyat hissələri, təlimatlar daxildir. Müqavilənin icrasına “BAE Systems” şirkəti nəzarət edəcək.

Dövlət Departamenti tərəfindən təsdiqlənməsinə baxmayaraq, razılıq müqavilənin imzalandığını və ya danışıqların başa çatdığını göstərmir. Agentlik mümkün satışlar barədə Konqresə məlumat verib. Müqavilə Konqres tərəfindən təsdiqlənməlidir.

155mm-lik M109 özüyeriyən haubitsaları ilk dəfə 1962-ci ildə təqdim edilib. “BAE Systems” şirkəti tərəfindən istehsal olunan haubitsalar yeni naviqasiya, atəş nəzarət sistemləri ilə təchiz edilib.

Tayvanın Müdafiə Nazirliyi ABŞ hökumətinə satışların quru qüvvələrinin “sürətli reaksiya və atəş dəstəyi qabiliyyətini” artırmasına kömək edəcəyini söyləyərək “səmimi minnətdarlığını” bildirib. ABŞ-ın Tayvanla rəsmi diplomatik əlaqələri yoxdur, lakin qanunla adanın özünü müdafiə etmə vasitələri ilə təmin edilməsi tələb olunur.

Bundan əvvəl ABŞ keçən il adanın imkanlarını yüksəltmək üçün Tayvana PUA və sahil əsaslı raket əleyhinə müdafiə sistemləri də daxil olmaqla bir sıra silah satışlarına razılıq vermişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Tayvan   ÖAQ  

ABŞ hökuməti Tayvana ÖAQ-ların satılmasına razılıq verib

2021/08/455-1628159665.jpg
Oxunub: 720     17:47     05 Avqust 2021    

Bizi "telegram"da izləyin