Hindistan Çinlə gərginlik fonunda Cənubi Çin dənizində hərbi gəmilər yerləşdirir

2021/08/X6UFH-1628145118.jpg
Oxunub: 680     16:31     05 Avqust 2021    
Hindistan dost ölkələrlə təhlükəsizlik əlaqələrini genişləndirmək üçün bu ay Cənubi Çin dənizində hərbi gəmilər yerləşdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Hindistan ordusu Çinə düşmənçilik etməkdən ehtiyat edir, lakin keçən il mübahisəli quru sərhədində qoşunlar arasında baş verən toqquşmalardan sonra münasibətlər gərginləşib. Hökumət həmin vaxtdan ABŞ-la yaxınlaşıb.

Donanmanın verdiyi açıqlamaya görə, idarə olunan raket esminesi və raket freqatı daxil olmaqla dörd gəminin iki ay müddətində Cənub-Şərqi Asiya, Cənubi Çin dənizi və Sakit Okean bölgəsinə yerləşdiriləcək.

Regionda ABŞ və müttəfiqləri ilə Çin arasında gərginlik davam edir. ABŞ donanmasının “USS Ronald Reagan” aviadaşıyıcısının rəhbərlik etdiyi gəmi qrupu ötən ay Cənubi Çin dənizinə daxil olub. Almaniya və Britaniya da bölgədə hərbi gəmilər yerləşdirməyə qərar vrib.

Hindistan gəmiləri Quam sahillərində ABŞ, Yaponiya və Avstraliyanın iştirak etdiyi illik birgə döyüş təlimlərində iştirak edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Çin  


Hindistan Çinlə gərginlik fonunda Cənubi Çin dənizində hərbi gəmilər yerləşdirir

2021/08/X6UFH-1628145118.jpg
Oxunub: 681     16:31     05 Avqust 2021    
Hindistan dost ölkələrlə təhlükəsizlik əlaqələrini genişləndirmək üçün bu ay Cənubi Çin dənizində hərbi gəmilər yerləşdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Hindistan ordusu Çinə düşmənçilik etməkdən ehtiyat edir, lakin keçən il mübahisəli quru sərhədində qoşunlar arasında baş verən toqquşmalardan sonra münasibətlər gərginləşib. Hökumət həmin vaxtdan ABŞ-la yaxınlaşıb.

Donanmanın verdiyi açıqlamaya görə, idarə olunan raket esminesi və raket freqatı daxil olmaqla dörd gəminin iki ay müddətində Cənub-Şərqi Asiya, Cənubi Çin dənizi və Sakit Okean bölgəsinə yerləşdiriləcək.

Regionda ABŞ və müttəfiqləri ilə Çin arasında gərginlik davam edir. ABŞ donanmasının “USS Ronald Reagan” aviadaşıyıcısının rəhbərlik etdiyi gəmi qrupu ötən ay Cənubi Çin dənizinə daxil olub. Almaniya və Britaniya da bölgədə hərbi gəmilər yerləşdirməyə qərar vrib.

Hindistan gəmiləri Quam sahillərində ABŞ, Yaponiya və Avstraliyanın iştirak etdiyi illik birgə döyüş təlimlərində iştirak edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Çin  


Bizi "telegram"da izləyin