“Türklər Tiflis-İrəvan-Brüssel potensial ittifaqı da daxil olmaqla kozırları öz əllərində saxlamaq istəyirlər” – Tarasov

2020/12/00-92-1608889366.jpg
Oxunub: 1125     17:49     04 Avqust 2021    
Rus politoloq, Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert Stanislav Tarasov “Regnum” nəşrində dərc edilən məqalədə Gürcüstanla ittifaqın Türkiyəyə niyə lazım olduğunu izah etməyə çalışıb.

Müəllif qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə telefonla danışıb.

Tarasov yazıb ki, Türkiyə və Fransa münasibətlərində problemlər ağırlaşıb, Tiflis isə hələ də Parisin tərəfindədir.

“Anadolu” agentliyinin nəşrinə görə, Türkiyə tərəfi Gürcüstanı regional əməkdaşlığın açarı hesab edir, buna görə də Ərdoğan Qaribaşviliyə Dövlət və hökumət rəhbərləri səviyyəsində Türkiyə, Azərbaycan və Gürcüstan arasında uğurlu siyasi və iqtisadi əməkdaşlıq formatını yenidən canlandırmağı təklif edib.

Politoloq bildirib ki, türklər Tiflislə oyunda Tiflis-İrəvan-Brüssel potensial ittifaqı da daxil olmaqla kozırları öz əllərində saxlamaq istəyirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tiflis   İrəvan   Brüssel  


“Türklər Tiflis-İrəvan-Brüssel potensial ittifaqı da daxil olmaqla kozırları öz əllərində saxlamaq istəyirlər” – Tarasov

2020/12/00-92-1608889366.jpg
Oxunub: 1126     17:49     04 Avqust 2021    
Rus politoloq, Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert Stanislav Tarasov “Regnum” nəşrində dərc edilən məqalədə Gürcüstanla ittifaqın Türkiyəyə niyə lazım olduğunu izah etməyə çalışıb.

Müəllif qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə telefonla danışıb.

Tarasov yazıb ki, Türkiyə və Fransa münasibətlərində problemlər ağırlaşıb, Tiflis isə hələ də Parisin tərəfindədir.

“Anadolu” agentliyinin nəşrinə görə, Türkiyə tərəfi Gürcüstanı regional əməkdaşlığın açarı hesab edir, buna görə də Ərdoğan Qaribaşviliyə Dövlət və hökumət rəhbərləri səviyyəsində Türkiyə, Azərbaycan və Gürcüstan arasında uğurlu siyasi və iqtisadi əməkdaşlıq formatını yenidən canlandırmağı təklif edib.

Politoloq bildirib ki, türklər Tiflislə oyunda Tiflis-İrəvan-Brüssel potensial ittifaqı da daxil olmaqla kozırları öz əllərində saxlamaq istəyirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tiflis   İrəvan   Brüssel  


Bizi "telegram"da izləyin