Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinə tabe olan Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Bildirilir ki, icrasına razılıq verilən müqavilənin ümumi dəyəri 82 milyon dollardır. Müqaviləyə raketlərlə yanaşı ehtiyat və təmir hissələri, dəstək və sınaq avadanlıqları daxildir.
“Bu təklif olunan satış ABŞ-Hindistan strateji əlaqələrinin möhkəmlənməsinə və siyasi sabitlik, sülh üçün əhəmiyyətli bir qüvvə olaraq qalmağa davam edən əsas müdafiə tərəfdaşının təhlükəsizliyinin yaxşılaşdırılmasına kömək edərək ABŞ-ın Hind-Sakit Okean və Cənubi Asiya bölgəsindəki xarici siyasətini və milli təhlükəsizliyini dəstəkləyəcək”, - deyə agentlik bildirib.
Agentliyin bildirdiyinə görə, əsas podratçı “Boeing” şirkəti olacaq.
Sevinc Əliyeva
Ordu.az