Türkiyə donanması tezliklə ölkənin ilk kəşfiyyat gəmisini əldə edəcək

2021/08/fecd2-1628060100.jpg
Oxunub: 783     12:17     04 Avqust 2021    
Türkiyə Hərbi Dəniz Qüvvələrinə tezliklə kəşfiyyat toplama missiyalarında istifadə ediləcək hərbi gəmi təhvil veriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Turdef” hərbi saytı yazıb.

“TCG Ufuk” adlı hərbi gəmi 2016-cı ildə Türkiyənin Müdafiə Sənayesi Komitəsi ilə STM dizayn şirkəti arasında imzalanan müqavilə əsasında inşa edilir. Gəminin inşasına 2017-ci ildən başlanılıb.

Gəminin dəniz sınaqları tamamlandıqdan sonra 3 avqust tarixində mətbuat orqanları Türkiyənin “ilk kəşfiyyat gəmisi”nin istənilən vaxt Türkiyə donanmasına təhvil veriləcəyini bildirir.

Gəminin Türkiyə Hərbi Dəniz Qüvvələrinin siqnal və radioelektron kəşfiyyat missiyaları ilə yanaşı test və təlim ehtiyaclarında istifadə edilməsi planlaşdırılır.

Daha əvvəl “TCG Ufuk” gəmisinin 31 iyul 2020-ci il tarixində Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcəyi bildirilmişdi, lakin gəminin təhvil verilməsi tarixi COVID-19 səbəbiylə gecikmişdi.

Gəminin ümumi uzunluğu 99,5 metr, maksimum eni 14,4 metr, subasımı 2400 tondur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ  


Türkiyə donanması tezliklə ölkənin ilk kəşfiyyat gəmisini əldə edəcək

2021/08/fecd2-1628060100.jpg
Oxunub: 784     12:17     04 Avqust 2021    
Türkiyə Hərbi Dəniz Qüvvələrinə tezliklə kəşfiyyat toplama missiyalarında istifadə ediləcək hərbi gəmi təhvil veriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Turdef” hərbi saytı yazıb.

“TCG Ufuk” adlı hərbi gəmi 2016-cı ildə Türkiyənin Müdafiə Sənayesi Komitəsi ilə STM dizayn şirkəti arasında imzalanan müqavilə əsasında inşa edilir. Gəminin inşasına 2017-ci ildən başlanılıb.

Gəminin dəniz sınaqları tamamlandıqdan sonra 3 avqust tarixində mətbuat orqanları Türkiyənin “ilk kəşfiyyat gəmisi”nin istənilən vaxt Türkiyə donanmasına təhvil veriləcəyini bildirir.

Gəminin Türkiyə Hərbi Dəniz Qüvvələrinin siqnal və radioelektron kəşfiyyat missiyaları ilə yanaşı test və təlim ehtiyaclarında istifadə edilməsi planlaşdırılır.

Daha əvvəl “TCG Ufuk” gəmisinin 31 iyul 2020-ci il tarixində Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcəyi bildirilmişdi, lakin gəminin təhvil verilməsi tarixi COVID-19 səbəbiylə gecikmişdi.

Gəminin ümumi uzunluğu 99,5 metr, maksimum eni 14,4 metr, subasımı 2400 tondur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ  


Bizi "telegram"da izləyin