Rusiya PUA-ları Yaponiya mühərrikləri ilə uçur

2021/08/767-1628074741.jpg
Oxunub: 804     17:15     04 Avqust 2021    
Rusiya PUA istehsalında Yaponiya mühərriklərindən istifadə edir.

Ordu.az xəbər verir ki, bu barədə “Shukan Gendai” jurnalında dərc olunan məqalədə qeyd olunub.

Nəşr bildirir ki, Rusiya da daxil olmaqla, bəzi ölkələr Yaponiyada istehsal olunan mühərrikləri və digər komponentləri zərbə PUA-larına quraşdırmaq üçün mülki məhsullar olaraq alırlar.

Məqalədə qeyd olunur ki, 2016-cı ildə Donbasda qəzaya uğramış Rusiya istehsalı “Orlan-10” kəşfiyyat PUA-sı diqqətlə araşdırılıb. Ekspertlər PUA-nın bütün komponentlərindən Rusiya Federasiyasında yalnız gövdə və radio siqnal qəbuledicisinin yaradıldığını təyin edib. Qalan hər şey müxtəlif ölkələrdən idxal olunub. PUA-ya quraşdırılan FG-40 mühərriki Yaponiya istehsalı idi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA   Yaponiya  


Rusiya PUA-ları Yaponiya mühərrikləri ilə uçur

2021/08/767-1628074741.jpg
Oxunub: 805     17:15     04 Avqust 2021    
Rusiya PUA istehsalında Yaponiya mühərriklərindən istifadə edir.

Ordu.az xəbər verir ki, bu barədə “Shukan Gendai” jurnalında dərc olunan məqalədə qeyd olunub.

Nəşr bildirir ki, Rusiya da daxil olmaqla, bəzi ölkələr Yaponiyada istehsal olunan mühərrikləri və digər komponentləri zərbə PUA-larına quraşdırmaq üçün mülki məhsullar olaraq alırlar.

Məqalədə qeyd olunur ki, 2016-cı ildə Donbasda qəzaya uğramış Rusiya istehsalı “Orlan-10” kəşfiyyat PUA-sı diqqətlə araşdırılıb. Ekspertlər PUA-nın bütün komponentlərindən Rusiya Federasiyasında yalnız gövdə və radio siqnal qəbuledicisinin yaradıldığını təyin edib. Qalan hər şey müxtəlif ölkələrdən idxal olunub. PUA-ya quraşdırılan FG-40 mühərriki Yaponiya istehsalı idi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA   Yaponiya  


Bizi "telegram"da izləyin