Zərdabda Vətən müharibəsinin 20 iştirakçısına medallar təqdim olunub - FOTOLAR

2021/08/2e31e-13024428544.jpg
Oxunub: 1312     09:01     04 Avqust 2021    
Zərdabda torpaqlarımızın işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçularının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə medal və vəsiqələrlə təltifolunma mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, tədbirdə Zərdab rayon icra hakimiyyətinin başcısı Mərdan Camalzadə, Vətən müharibəsi iştirakçıları və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinin rəisi Asif Əhədov iştirak ediblər.

İlki öncə işğaldan azad edilmiş torpaqlarımızın uğrunda şəhid olmuş qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər bildiriblər ki, Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa edib. Torpaqlarımız düşmən tapdağından azad olunub.

Təbii ki, bu yolda vətən üçün canından keçən şəhidlərimiz də olub. Şəhidlərimizin ruhu qarşısında baş əyir, bildiririk ki, onların bizə əmanət qoyduqları ailə üzvləri hər zaman dövlətin diqqətindədir.

Görüşdə müharibə qəhrəmanlarına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən ”Füzulinin azad olunmasına görə” medalları ilə təqdim olunub. Təqdimat mərasimində Vətən müharibəsi iştirakçıları onları medallarla təltif edən Prezident İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Vətənmüharibəsi   Medal  

Zərdabda Vətən müharibəsinin 20 iştirakçısına medallar təqdim olunub - FOTOLAR

2021/08/2e31e-13024428544.jpg
Oxunub: 1313     09:01     04 Avqust 2021    

Bizi "telegram"da izləyin