Şəhidlər Xiyabanındakı naməlum şəhidlərin kimliyi müəyyənləşdirilir - RƏSMİ

2021/08/15179-1628006370.jpg
Oxunub: 882     19:05     03 Avqust 2021    
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı eksqumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ordu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla əlaqədar, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər Xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər Xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 03 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə eksqumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.

Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyati ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir.

İctimaiyyətə ətraflı məlumat veriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baş-Prokurorluğ   Naməlum-əsgər  


Şəhidlər Xiyabanındakı naməlum şəhidlərin kimliyi müəyyənləşdirilir - RƏSMİ

2021/08/15179-1628006370.jpg
Oxunub: 883     19:05     03 Avqust 2021    
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı eksqumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ordu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla əlaqədar, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər Xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər Xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 03 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə eksqumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.

Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyati ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir.

İctimaiyyətə ətraflı məlumat veriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baş-Prokurorluğ   Naməlum-əsgər  


Bizi "telegram"da izləyin