Ermənilərdən növbəti təxribat: Rus sülhməramlıların yerləşdirildiyi ərazidə SES inşa etmək istəyirlər

2021/08/dsd-1627984474.jpg
Oxunub: 9472     14:12     03 Avqust 2021    
Xankəndi şəhərindəki kriminal rejimin "rəhbəri" Arayik Harutyunyan növbəti dəfə təxribatçı açıqlama verib.

Məlumata görə, o, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində SES tikiləcəyini bildirib.

Onlar Kəlbəcər rayonunun Qozlukörpü kəndinin ərazisində 17,6 MVt gücə malik "Qetavan-1" su elektrik stansiyası inşa etmək niyyətindədir.

Qeyd edək ki, işğal altında olan zaman su elektrik stansiyaları ermənilər tərəfindən Azərbaycanın keçmiş cəbhə bölgəsində su qıtlığı yaratmaq məqsədilər istifadə edilib. Əvvələr ermənilər Sərsəng su anbarından Azərbaycanın nəzarətində olan ərazilərə yaz-yay aylarında suyun ötürülməsinə məhdudiyyətlər yaradırdılar, payız-qış aylarında isə artıq suyu anbardan buraxmaqla Tərtər ərazisində subasmaya səbəb olurdular. Azərbaycan dəfələrlə ATƏT və digər beynəlxalq təşkilatlar qarşısında Sərsəng su anbarı ilə bağlı məsələni qaldırıb.

İndi isə belə görünür ki, yeni su kanalının çəkilməsi ilə kriminal rejimin ünsürləri Azərbaycanın işğaldan azad etdiyi ərazilərə gələn suyu daha çox məhdudlaşdırmaq niyyətindədirlər. Bununla separatçılar Qarabağ bölgəsində qaçqınların geri qaytarılması prosesinə mane olmaq istəyirlər.

Maraqlısı budur ki, əvvəlki illərdən fərqli olaraq proses bu dəfə Rusiyalı sülhməramlılarının nəzarəti altında olan bölgədə həyata keçirilir. Ermənilərin bu təxribatçı fəaliyyətinə Rusiyanın necə münasibət göstərəcəyi hələlik məlum olmasa da, Arayiki belə açıqlama verməyə cəsarətləndirən qüvvənin kim olduğu maraqlıdır.

Onu da qeyd edək ki, Rusiya sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazilərində erməni silahlıları hələ də qalmağa davam edir. Noyabrın 10-da imzalanan sənədin 4-cü bəndində qeyd olunur ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Görünür, Rusiya bu bəndin icra edilməsinə nəzarət edə bilmir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənstan   Təxribat  

Ermənilərdən növbəti təxribat: Rus sülhməramlıların yerləşdirildiyi ərazidə SES inşa etmək istəyirlər

2021/08/dsd-1627984474.jpg
Oxunub: 9473     14:12     03 Avqust 2021    

Bizi "telegram"da izləyin