“Məşğulluq marafonu”ndakı vakansiyalar üzrə 342 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

2021/08/61090-1627981889.jpg
Oxunub: 502     13:00     03 Avqust 2021    
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artıq 341-ə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Ordu.az-a verilən məlumata görə, onlardan 155-i dövlət, qalanları özəl müəssisələrdir. Həmin işəgötürənlərin 210-u xidmət, 98-i emal, 19-u kənd təsərrüfatı, 14-ü tikinti sahəsinə aiddir. Marafona qoşulan işəgötürənlər tərəfindən təqdim edilən vakansiyaların sayı isə 1484-ə çatıb.

Təqdim edilən vakansiyalar üzrə artıq 342 nəfər, o cümlədən 83 şəhid ailəsi üzvü və 259 qazi münasib işlərlə təmin olunublar. İşə cəlb olunanlar arasında 18-29 yaş arası şəxslər üstünlük təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər. Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə layihə çərçivəsində işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd edərək müraciət edə bilərlər.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Məşğulluq-marafonu  


“Məşğulluq marafonu”ndakı vakansiyalar üzrə 342 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

2021/08/61090-1627981889.jpg
Oxunub: 503     13:00     03 Avqust 2021    
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artıq 341-ə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Ordu.az-a verilən məlumata görə, onlardan 155-i dövlət, qalanları özəl müəssisələrdir. Həmin işəgötürənlərin 210-u xidmət, 98-i emal, 19-u kənd təsərrüfatı, 14-ü tikinti sahəsinə aiddir. Marafona qoşulan işəgötürənlər tərəfindən təqdim edilən vakansiyaların sayı isə 1484-ə çatıb.

Təqdim edilən vakansiyalar üzrə artıq 342 nəfər, o cümlədən 83 şəhid ailəsi üzvü və 259 qazi münasib işlərlə təmin olunublar. İşə cəlb olunanlar arasında 18-29 yaş arası şəxslər üstünlük təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər. Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə layihə çərçivəsində işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd edərək müraciət edə bilərlər.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Məşğulluq-marafonu  


Bizi "telegram"da izləyin