Ermənistanın hərbi prokuroru kim olacaq?

2021/03/gsdgd-1615356814.jpg
Oxunub: 596     15:27     03 Avqust 2021    
Ermənistanın Baş naziri rətin edilən Nikol Paşinyan hökumətin formalaşdırılması işlərinə başlayıb və bu işlər yeni təyinatlarla özünü göstərib.

Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

Beləliklə, hələ iyulun 20-də bildirildiyi kimi, Arşak Karapetyan Ermənistanın Müdafiə naziri təyin olunub.

Qeyd edək ki, Ermənistanın güc strukturlarında təyinatlar Argişti Kyaramyanı Ermənistan İstintaq Komitəsinin sədri təyin etməklə başlayıb.

Nəşrin mənbələri bildirib ki, Ermənistan İstintaq Komitəsinin keçmiş sədri Hayk Qriqoryan Ermənistan Müdafiə nazirinin müavini təyin olunacaq.

Ermənistanın baş prokuroru Artur Davtyan səlahiyyət müddətinin bitməsinə qədər vəzifəsində qalmağa davam edəcək. Davtyanın səlahiyyət müddəti gələn ilin sentyabrında bitir: Ermənistan Baş naziri onu vəzifədən uzaqlaşdırmaq istəmir.

İndi Ermənistanda hərbi prokuror məsələsi, bu vəzifəyə kimin təyin edilməli olduğu müzakirə edilir. Mümkün namizəd Ermənistan hərbi prokurorunun müavini olan Vahe Harutyunyandır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Hərbi-prokuror  

Ermənistanın hərbi prokuroru kim olacaq?

2021/03/gsdgd-1615356814.jpg
Oxunub: 597     15:27     03 Avqust 2021    

Bizi "telegram"da izləyin