Niderland Ordusu son 20 ildə ilk dəfə olaraq xaricdə tanklar yerləşdirib

2021/08/downl-1627975063.jpg
Oxunub: 784     16:01     03 Avqust 2021    
Niderland Ordusu son 20 ildə ilk dəfə olaraq ölkədən kənarda tanklar yerləşdirib.

Ordu.az xəbər verir ki, “Leopard 2A6” əsas döyüş tankları NATO missiyası çərçivəsində Litvaya göndərilib.

Tanklar Almaniyadan qatarla yola düşüb. Tanklardan əlavə Litvada zirehli döyüş maşınları, bərpa texnikaları yerləşdirilib.

Niderland ordusunun ilk hissəsi keçən həftə Litvaya gəlib. Onlar altı ay orada qalacaq. Niderland ilə yanaşı, Almaniya və Norveçin də bu rotasiyada silahlanmasında tanklar var.

Niderland Ordusunun bir vaxtlar təxminən 1000 tankı var idi, lakin bu tanklar son onilliklərdə tədricən istismardan çıxarılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland-Ordusu  


Niderland Ordusu son 20 ildə ilk dəfə olaraq xaricdə tanklar yerləşdirib

2021/08/downl-1627975063.jpg
Oxunub: 785     16:01     03 Avqust 2021    
Niderland Ordusu son 20 ildə ilk dəfə olaraq ölkədən kənarda tanklar yerləşdirib.

Ordu.az xəbər verir ki, “Leopard 2A6” əsas döyüş tankları NATO missiyası çərçivəsində Litvaya göndərilib.

Tanklar Almaniyadan qatarla yola düşüb. Tanklardan əlavə Litvada zirehli döyüş maşınları, bərpa texnikaları yerləşdirilib.

Niderland ordusunun ilk hissəsi keçən həftə Litvaya gəlib. Onlar altı ay orada qalacaq. Niderland ilə yanaşı, Almaniya və Norveçin də bu rotasiyada silahlanmasında tanklar var.

Niderland Ordusunun bir vaxtlar təxminən 1000 tankı var idi, lakin bu tanklar son onilliklərdə tədricən istismardan çıxarılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland-Ordusu  


Bizi "telegram"da izləyin