Almaniya Pekinlə gərginlik şəraitində Cənubi Çin dənizinə hərbi gəmi göndərir

2021/08/Germa-1627974609.jpg
Oxunub: 765     14:57     03 Avqust 2021    
Almaniya Qərb və Çin arasında gərginliyin artdığı bir vaxtda Cənubi Çin dənizinə hərbi gəmi göndərməyə qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer “Bayern” adlı freqatın Avstraliya, Yaponiya, Cənubi Koreya və Vyetnama səyahət edəcəyini bildirib.

Ümumi səfərin müddəti 7 ay olacaq. Freqatın Tayvan Boğazından keçəcəyi gözlənilmir.

Pekin Cənubi Çin dənizinin bir hissəsinin özünə məxsus oluduğunu bildirir və son illərdə qaz və zəngin balıqçılıq olan süni adalarda hərbi məntəqələr qurur. ABŞ Hərbi Dəniz Qüvvələri Çinə qarşı güc nümayiş etdirmək üçün müntəzəm olaraq gəmilərini adalar ətrafına göndərir. Digər Qərb dövlətləri də ABŞ-a dəstək verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Çin  


Almaniya Pekinlə gərginlik şəraitində Cənubi Çin dənizinə hərbi gəmi göndərir

2021/08/Germa-1627974609.jpg
Oxunub: 766     14:57     03 Avqust 2021    
Almaniya Qərb və Çin arasında gərginliyin artdığı bir vaxtda Cənubi Çin dənizinə hərbi gəmi göndərməyə qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer “Bayern” adlı freqatın Avstraliya, Yaponiya, Cənubi Koreya və Vyetnama səyahət edəcəyini bildirib.

Ümumi səfərin müddəti 7 ay olacaq. Freqatın Tayvan Boğazından keçəcəyi gözlənilmir.

Pekin Cənubi Çin dənizinin bir hissəsinin özünə məxsus oluduğunu bildirir və son illərdə qaz və zəngin balıqçılıq olan süni adalarda hərbi məntəqələr qurur. ABŞ Hərbi Dəniz Qüvvələri Çinə qarşı güc nümayiş etdirmək üçün müntəzəm olaraq gəmilərini adalar ətrafına göndərir. Digər Qərb dövlətləri də ABŞ-a dəstək verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Çin  


Bizi "telegram"da izləyin