Erməni politoloq: “Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa təhrik edirlər”

2021/08/timth-1627888817.jpg
Oxunub: 1003     16:16     02 Avqust 2021    
“1997-ci ildə Levon Ter-Petrosyan 5+2 rayonunu Azərbaycana təhvil verməyi və bundan sonra Qarabağın statusu haqqında danışmağı təklif edirdi. Bu, mərhələli variant idi. Birinci prezidentdən sonra Ermənistanın 2-ci və 3-cü prezidentləri heç vaxt mərhələli həllər haqqında danışmayıblar. Onlar paket həlləri olan versiyaları irəli sürürdülər: Ki-Vest, Madrid, Kazan və s.”

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Ara Vardanyan yazıb.

“Psixologiya çox aydın idi - güzəştə gediləsi heç bir şeyin yoxdursa, rəqiblə hər hansı bir şey haqqında razılaşmaq çox çətin olacaq. Buna görə də bütün razılaşmalar sənədə daxil edilməli idi.

Ermənistanı razılaşmağa, Azərbaycanın ərazi bütövlüyünü tanımağa və bununla da Qarabağ məsələsini birdəfəlik bağlamağa təhrik edirlər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Erməni politoloq: “Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa təhrik edirlər”

2021/08/timth-1627888817.jpg
Oxunub: 1004     16:16     02 Avqust 2021    
“1997-ci ildə Levon Ter-Petrosyan 5+2 rayonunu Azərbaycana təhvil verməyi və bundan sonra Qarabağın statusu haqqında danışmağı təklif edirdi. Bu, mərhələli variant idi. Birinci prezidentdən sonra Ermənistanın 2-ci və 3-cü prezidentləri heç vaxt mərhələli həllər haqqında danışmayıblar. Onlar paket həlləri olan versiyaları irəli sürürdülər: Ki-Vest, Madrid, Kazan və s.”

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Ara Vardanyan yazıb.

“Psixologiya çox aydın idi - güzəştə gediləsi heç bir şeyin yoxdursa, rəqiblə hər hansı bir şey haqqında razılaşmaq çox çətin olacaq. Buna görə də bütün razılaşmalar sənədə daxil edilməli idi.

Ermənistanı razılaşmağa, Azərbaycanın ərazi bütövlüyünü tanımağa və bununla da Qarabağ məsələsini birdəfəlik bağlamağa təhrik edirlər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin