İtaliya donanmasının F-35B təyyarəsi ilk dəfə aviadaşıyıcıya yerləşdirilib

2021/08/u-1-7-1627885701.jpg
Oxunub: 585     15:02     02 Avqust 2021    
İtalya Hərbi Dəniz Qüvvələrinin (Marina Militare) ilk F-35B “Lightning II” qısa müddətdə qalxan və şaquli enən (STOVL) qırıcı təyyarəsi “ITS Cavour” adlı aviadaşıyıcıya yerləşdirilib.

Ordu.az xəbər veir ki, bu barədə İtaliya donanmasının mətbuat xidməti məlumat yayıb.

Ötən aylarda İtaliya F-35B-lərin aviadaşıyıcıya yerləşdirilməsi ilə bağlı sınaqlar keçirib. Bunun üçün ABŞ-dan sertifikat alıb. Bu yolla İtaliya ABŞ və Britaniyadan sonra aviadaşıyıcılarda F-35B istifadə etməyə başlayan üçüncü ölkə olub.

F-35B-lərin yerləşdirilməsi İtaliya Donanması üçün son dərəcə əhəmiyyətli addımdır. İtaliya Hərbi Dəniz Qüvvələri əvvəllər aviadaşıyıcılarda AV-8B “Plus Harrier” döyüş təyyarələrindən istifadə edirdi.

Ötən aylarda Atlantik Okeanı yaxınlığında iki Amerika F-35B qırıcı təyyarəsi ilə həyata keçirilən dəniz sınaqlarında bütün planlaşdırılan sınaqlar uğurla başa çatmışdı. Testlər zamanı bütün hava və dəniz şəraitində 50-dən çox uçuş missiyası, təxminən 120 şaquli uçuş və xizək sıçrayışlarının köməyi ilə uçuşlar həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   HDQ   F-35B  


İtaliya donanmasının F-35B təyyarəsi ilk dəfə aviadaşıyıcıya yerləşdirilib

2021/08/u-1-7-1627885701.jpg
Oxunub: 586     15:02     02 Avqust 2021    
İtalya Hərbi Dəniz Qüvvələrinin (Marina Militare) ilk F-35B “Lightning II” qısa müddətdə qalxan və şaquli enən (STOVL) qırıcı təyyarəsi “ITS Cavour” adlı aviadaşıyıcıya yerləşdirilib.

Ordu.az xəbər veir ki, bu barədə İtaliya donanmasının mətbuat xidməti məlumat yayıb.

Ötən aylarda İtaliya F-35B-lərin aviadaşıyıcıya yerləşdirilməsi ilə bağlı sınaqlar keçirib. Bunun üçün ABŞ-dan sertifikat alıb. Bu yolla İtaliya ABŞ və Britaniyadan sonra aviadaşıyıcılarda F-35B istifadə etməyə başlayan üçüncü ölkə olub.

F-35B-lərin yerləşdirilməsi İtaliya Donanması üçün son dərəcə əhəmiyyətli addımdır. İtaliya Hərbi Dəniz Qüvvələri əvvəllər aviadaşıyıcılarda AV-8B “Plus Harrier” döyüş təyyarələrindən istifadə edirdi.

Ötən aylarda Atlantik Okeanı yaxınlığında iki Amerika F-35B qırıcı təyyarəsi ilə həyata keçirilən dəniz sınaqlarında bütün planlaşdırılan sınaqlar uğurla başa çatmışdı. Testlər zamanı bütün hava və dəniz şəraitində 50-dən çox uçuş missiyası, təxminən 120 şaquli uçuş və xizək sıçrayışlarının köməyi ilə uçuşlar həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   HDQ   F-35B  


Bizi "telegram"da izləyin