Strateji əhəmiyyətli yüksəklik uğrunda gedən döyüşlərdə şəhid olan Tərlan Eyniyev

2021/08/76-1627977893.jpg
Oxunub: 2860     12:02     03 Avqust 2021    
Vətən şəhidlərinin ruhları qarşısında baş əyirik! Çünki bu gün bütövləşən ölkəmizə, azad olunan torpaqlarımıza görə hamımız o cəsur oğullara borcluyuq...

Belə şəhidlərimizdən biri də baş çavuş Tərlan Gölişad oğlu Eyniyevdir. Şəhid Tərlanın böyük qardaşı Vüsal Eyniyev də Vətən müharibəsində düşməni yurdumuzdan qovan igid oğullardan biri olub. Hər iki qardaş torpaqlarımızın azadlığı uğrunda vuruşdular, Tərlan isə şəhid oldu.

"Vətən o vaxt Vətəndir ki, onun hər qarışı uğrunda canından-qanından keçməyə hazır olan övladları var", - deyənlərə haqq qazandırıram.

Ürəyi hər zaman qələbə və döyüş əzmi ilə döyünən Azərbaycan əsgəri qısa vaxt ərzində üstünlüyü ələ alaraq torpaqlarımızı qarış-qarış, kənd-kənd, şəhər-şəhər mənfur erməni işğalçılarından azad etdi. Qəsbkarlar ordumuzun əks-hücumu qarşısında dayana bilmədilər, canlı qüvvələrini, texnikalarını ataraq qaçdılar.

Müharibənin ilk günlərindən baş çavuş Tərlan Eyniyev döyüşlərə qatıldı. 2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə hünər və qəhrəmanlıq göstərdi. Strateji əhəmiyyətli yüksəklik uğrunda gedən döyüşlərdə düşmənin snayperinə tuş gələrək şəhid oldu.

Vəsiyyətinə uyğun olaraq Tərlan Eyniyev 7 oktyabr 2020-ci il tarixdə Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn olundu.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə baş çavuş Tərlan Eyniyev ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb.

Şəhid Tərlan Eyniyevin Xəzər rayonunun Şüvəlan qəsəbəsində bir vaxtlar özünün tikdiyi evində muzeyi yaradılıb.

Tezliklə düşmən tapdağından azad olunmuş rayonlarımız bərpa olunacaq, yeni evlər tikiləcək, soydaşlarımız doğma yurdlarına qayıdacaqlar. Bu torpaqlar uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi isə həmişə ehtiramla yad ediləcək.

Şəhid Tərlan Eyniyevin atası Gölişad İsmayıloğlu qəhrəman oğlunun xatirələrini özündə əks etdirən "Hərb sənətində psixoloji ruh" adlı əsər yazır. Artıq kitab üzərində tamamlama işləri gedir. Əsərdə şəhid Tərlan Eyniyevin Vətən müharibəsindəki iştirakı və göstərdiyi qəhrəmanlıqlar daha dolğun, daha əhatəli işıqlandırılacaq. Vətənə bağlılıq səadəti Tərlanı daim yaddaşlarda yaşadacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Vətən-müharibəsi  

Strateji əhəmiyyətli yüksəklik uğrunda gedən döyüşlərdə şəhid olan Tərlan Eyniyev

2021/08/76-1627977893.jpg
Oxunub: 2861     12:02     03 Avqust 2021    

Bizi "telegram"da izləyin