Bayden Putinin təhlükəli vəziyyəti haqqında: Qafqaz dilemması

2021/06/9b8dc-1623843255.jpg
Oxunub: 978     14:45     31 İyul 2021    
Rusiya Federasiyası Prezidenti Putin iyulun 28-də keçirilən operativ görüşdə Rusiyadakı sosial-iqtisadi vəziyyəti, xüsusən də Əfqanıstandakı və Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyəti müzakirə edib.

Bu barədə Peskov bildirib, əlavə detallar məlum deyil. Daha öncə məlum olduğu kimi, Rusiyanın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan sərhədində atəşkəs təsdiqlənib.

Ermənistanın nüfuzlu “1in.am” nəşri yazır ki, Putinin nəyi müzakirə etdiyi məlum deyil, ancaq 21 ildən çox müddət ərzində Qafqazda yürütdüyü siyasət kontekstində nəyi müzakirə etməli olduğu və ya nəyi müzakirə edə biləcəyi məlumdur.

“Bu siyasətin əsasında duran Türkiyə və Azərbaycandır, onlara yaltaqlanmaq, onları nəyin bahasına olursa-olsun Rusiyanın yanında saxlamaq istəyidir. Bəs bu siyasətin komandiri, bu siyasətin lideri operativ məsləhətləşmə zamanı nəyi müzakirə etməlidir?”, - deyə nəşr qeyd edib.

Bu müddət ərzində isə ABŞ Prezidenti Co Bayden və ABŞ-ın kəşfiyyat xidmətinin işçiləri arasında baş tutan görüşdən məlumat ortaya çıxdı. Bayden onlarla söhbətdə Putin, onunla görüş, ondan təəssürat haqqında danışmışdı. Bayden bildirib ki, Putin Rusiyanın necə zəiflədiyini və gücsüz olduğunu, neft və nüvə silahından başqa heç bir şeyə sahib olmadığını yaxşı anlayır. Baydenin sözlərinə görə, bu hal Putini çox çətin bir əhval-ruhiyyəyə salıb.

Eyni zamanda Bayden bildirib ki, əlbəttə, bundan o, daha təhlükəli hala gəlir. Bu kontekstdə bəlkə də vacib və əsas bir sual yaranır.

“ABŞ ciddi şəkildə Qafqazı təhlükəli Putindən uzaq saxlanılmalı və ya qorunmalı olan region, yoxsa Putinin “pərçimlənməli” olduğu və bunun əsasında Avroatlantik təhlükəsizlik qütbü üçün mövcud olan, Putinin ruhi vəziyyətindən irəli gələn təhlükələrin boşaldılmalı olduğu region kimi nəzərdən keçirir? Bu, Ermənistan üçün də əsas əhəmiyyətli məsələdir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bayden   Putin   Qafqaz  

Bayden Putinin təhlükəli vəziyyəti haqqında: Qafqaz dilemması

2021/06/9b8dc-1623843255.jpg
Oxunub: 979     14:45     31 İyul 2021    

Bizi "telegram"da izləyin