“Kommersant”: Moskva və Bakı Paşinyanın yeni ideyasına ehtiyatla yanaşır

2021/07/sssas-1627722732.jpg
Oxunub: 1106     15:30     31 İyul 2021    
Rusiyanın “Kommersant” nəşri Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycan arasındakı münaqişənin yeni siyasi təşəbbüslərə gətirib çıxaran olduqca ciddi ağırlaşmasına toxunub.

Bildirilib ki, Ermənistanın Baş naziri vəzifəsinin müvəqqəti icraçısı Nikol Paşinyan gələcəkdə bənzər insidentlərdən yayınmaq üçün Azərbaycanla sərhədə nəzarəti rus sərhədçilərə təhvil verməyi və onlarla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidəçilərini yerləşdirməyi təklif edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən “Kommersant”a bildiriblər ki, onlar bu mövzuda şərhlər verməyəcəklər.

Nəşr qeyd edib ki, Nikol Paşinyanın çıxışı eyni zamanda daha cəsur ideyanı, təkcə rus sərhədçiləri yox, həm də KTMT-nin müşahidəçilərini sərhədə çağırmağı ehtiva edirdi.

Bildirilib ki, həm Moskva, həm də Bakı Paşinyanın yeni ideyasına ehtiyatla yanaşıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Bakı   Paşinyan  


“Kommersant”: Moskva və Bakı Paşinyanın yeni ideyasına ehtiyatla yanaşır

2021/07/sssas-1627722732.jpg
Oxunub: 1107     15:30     31 İyul 2021    
Rusiyanın “Kommersant” nəşri Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycan arasındakı münaqişənin yeni siyasi təşəbbüslərə gətirib çıxaran olduqca ciddi ağırlaşmasına toxunub.

Bildirilib ki, Ermənistanın Baş naziri vəzifəsinin müvəqqəti icraçısı Nikol Paşinyan gələcəkdə bənzər insidentlərdən yayınmaq üçün Azərbaycanla sərhədə nəzarəti rus sərhədçilərə təhvil verməyi və onlarla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidəçilərini yerləşdirməyi təklif edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən “Kommersant”a bildiriblər ki, onlar bu mövzuda şərhlər verməyəcəklər.

Nəşr qeyd edib ki, Nikol Paşinyanın çıxışı eyni zamanda daha cəsur ideyanı, təkcə rus sərhədçiləri yox, həm də KTMT-nin müşahidəçilərini sərhədə çağırmağı ehtiva edirdi.

Bildirilib ki, həm Moskva, həm də Bakı Paşinyanın yeni ideyasına ehtiyatla yanaşıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Bakı   Paşinyan  


Bizi "telegram"da izləyin