Aİ-nin Ermənistana 2,6 milyard yardımına təhdid

2021/07/Untit-1627722360.jpg
Oxunub: 1272     16:57     31 İyul 2021    
“Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Ermənistana 2,6 milyard avro müxtəlif xarakterli maliyyə dəstəyi, eləcə də 1,5 milyard avrodan çox qrant vermək haqqında Avropa İttifaqının bəyanatı Ermənistanın ictimai dairələrində coşğu ilə nəzərdən keçirilməyə davam edir”.

Ordu.az xəbər verir ki, bu barədə “1in.am” nəşrində dərc olunan məqalədə qeyd olunub.

“Ermənistan cəmiyyəti bu yardımı Azərbaycanın irəli sürdüyü “dəhliz məntiq”inə qarşı müəyyən zəmanət kimi qəbul edir və hesab edir ki, Avropa investisiyaları Avropa İttifaqının öz investisiyalarını da qoruyacağı anlamına gələcək. Lakin burada əhəmiyyətli gözləntilər üçün yetərli əsaslar yoxdur. İnvestisiyaları qorumayacaqları mənasında yox. O mənada ki, investisiyalar və Sünikin inkişaf proqramları dərinlik baxımından beynəlxalq oyunçuların gündəmində heç də “beynəlxalq məntiq”ə qarşı qoyulmur”, - deyə müəllif bildirib.

Müəllifin sözlərinə görə, danışıq tarixinə yaxşı bələd olan insanlar sübut edərlər ki, “beynəlxalq məntiq”in müxtəlif variasiyalarla müzakirə olunduğuna və əslində hətta Ermənistan sərhədlərinin dəyişdirilməsi, dəhliz variantının mümkün olduğuna dair müəyyən sənəd açıqlamaları belə var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan    

Aİ-nin Ermənistana 2,6 milyard yardımına təhdid

2021/07/Untit-1627722360.jpg
Oxunub: 1273     16:57     31 İyul 2021    

Bizi "telegram"da izləyin