ABŞ-ın hipersəs raketinin ikinci sınağı da uğursuz olub

2021/07/2_159-1627714871.jpg
Oxunub: 820     11:57     31 İyul 2021    
ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) AGM-183A ARRW (Air-Launched Rapid Response Weapon) hipersəs raketinin ikinci sınağı da uğursuzluqla başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə HHQ-nin mətbuat xidməti məlumat yayıb.

Raket Kaliforniya yaxınlığındakı Point Muqu poliqonunda B-52H “Stratofortress” strateji bombardmançı təyyarəsindən sınaqdan keçirilib.

Açıqlamada raketin bütün uçuş standartlarına cavab vermədiyi bildirilir.

Sınağın məqsədləri raketin B-52H-dən təhlükəsiz buraxılmasını nümayiş etdirmək və gücləndiricinin performansını qiymətləndirmək idi. Təhlükəsiz ayrılma manevrlərindən sonra raket mühərriki işə düşməyib.

Bundan əvvəl aprel ayında raketin ilk uçuş sınağı uğursuzluqla nəticələnib.

AGM-183A ARRW raketi Rusiya və Çindəki oxşar inkişaflara cavab olaraq yaradılır. B-52H “Stratofortress” strateji bombardmançıları hipersəs raketləri daşıyacaq ilk təyyarələr olacaq.

Raket Pentaqonla 480 milyon dollarlıq müqavilə əsasında “Lockheed Martin” tərəfindən hazırlanıb və ABŞ ordusuna görə, 2022-ci ildə istifadəyə verilə bilər. Raket Max 6.5-dən Max 8-ə qədər sürətə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   HHQ  

ABŞ-ın hipersəs raketinin ikinci sınağı da uğursuz olub

2021/07/2_159-1627714871.jpg
Oxunub: 821     11:57     31 İyul 2021    

Bizi "telegram"da izləyin