ABŞ Tailanda 83.5 milyon dollarlıq “Javelin” raketləri satacaq

2021/07/47801-1627714762.jpg
Oxunub: 944     17:13     31 İyul 2021    
ABŞ Dövlət Departamenti Tailanda 300 ədəd “Javelin” FGM-148 tank əleyhinə raketlərinin satışına razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Müqavilənin ümumi dəyəri 83.5 milyon dollardır. Müqaviləyə raketlərlə yanaşı 50 atıcı qurğu daxildir.

Müqavilənin əsas icraçısı “Raytheon” və “Lockheed Martin” şirkətlərinin yaratdığı “Javelin” birgə müəssisə olacaq.

Dövlət Departamentinin bildirişində deyilir ki, satış Tailand Kral Ordusunun “köhnəlmiş” 106 mm silahlarını əvəz edəcək, yüngül tank əleyhinə qabiliyyətini yüksəldəcək, əməliyyatlar və təlimlər zamanı ABŞ ilə qarşılıqlı əlaqəni artıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tailand  


ABŞ Tailanda 83.5 milyon dollarlıq “Javelin” raketləri satacaq

2021/07/47801-1627714762.jpg
Oxunub: 945     17:13     31 İyul 2021    
ABŞ Dövlət Departamenti Tailanda 300 ədəd “Javelin” FGM-148 tank əleyhinə raketlərinin satışına razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Müqavilənin ümumi dəyəri 83.5 milyon dollardır. Müqaviləyə raketlərlə yanaşı 50 atıcı qurğu daxildir.

Müqavilənin əsas icraçısı “Raytheon” və “Lockheed Martin” şirkətlərinin yaratdığı “Javelin” birgə müəssisə olacaq.

Dövlət Departamentinin bildirişində deyilir ki, satış Tailand Kral Ordusunun “köhnəlmiş” 106 mm silahlarını əvəz edəcək, yüngül tank əleyhinə qabiliyyətini yüksəldəcək, əməliyyatlar və təlimlər zamanı ABŞ ilə qarşılıqlı əlaqəni artıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tailand  


Bizi "telegram"da izləyin