Hindistan “Rafale” döyüş təyyarələri üçün ikinci döyüş eskadriliyasını yaradıb

2021/02/Rafal-1612851503.jpg
Oxunub: 755     14:57     31 İyul 2021    
Hindistan Hərbi Hava Qüvvələri “Rafale” döyüş təyyarələri üçün ikinci döyüş eskadriliyasını yaradıb

https://www.savunmasanayist.com/hindistan-ikinci-rafale-savas-ucagi-filosunu-devreye-aldi/

Ordu.az xəbər verir ki, Hindistanın Benqal vilayətinin qərbində yerləşən Hasimara aviabazası “Rafale” qırıcı təyyarələrinə ev sahibliyi edəcək.

Yeni qurulan eskadriliyanın adı “Çamb Qartallarıdır” (101-ci eskadriliya). İlk dəfə 1949-cu ilin may ayında qurulan 101-ci eskadriliya “Harvard”, “Spitfire”, “Vampire”, Su-7, MiQ-21M döyüş təyyarələrindən istifadə edilib. Bu eskadriliya 1965 və 1971 -ci illərdə Hindistan və Pakistan arasındakı müharibələrdə də iştirak edib.

Çamb Kəşmir bölgəsində yerləşən kiçik, lakin strateji baxımdan əhəmiyyətli kənddir. 1965 -ci ildə Hindistan və Pakistan arasındakı müharibəyə Çamb müharibəsi də deyilir. Pakistan ordusu 1965 -ci ildəki müharibədə Hindistan ordusunu məğlub edərək müharibəni qazandı və 1971 -ci ildə buranı Hindistandan azad edərək tam nəzarət altına aldı. Çamb indi Pakistanın bir hissəsidir.

Hindistan ümumilikdə 36 ədəd “Rafale” qırıcısı sifariş verib. Müqavilənin ümumi dəyəri 7.87 milyard dollardır. Ölkəyə gələn və indiyə qədər xidmətə başlayan “Rafale” döyüş təyyarələrinin sayı 2021 -ci ilin iyul ayından etibarən 26-ya çatıb.

Hindistan Hərbi Hava Qüvvələrinə təhvil veriləcək “Rafale” döyüş təyyarələri 300 kilometrlik uçuş məsafəsinə malik SCALP raketləri və 100+ kilometrlik uçuşa malik METEOR raketləri ilə təchiz olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hindistan   Rafale  

Hindistan “Rafale” döyüş təyyarələri üçün ikinci döyüş eskadriliyasını yaradıb

2021/02/Rafal-1612851503.jpg
Oxunub: 756     14:57     31 İyul 2021    

Bizi "telegram"da izləyin