"YAŞAT" düşərgəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib

2021/07/60fe5-1627648230.jpg
Oxunub: 623     16:16     30 İyul 2021    
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin ikinci həftəsi davam edir.

Fonddan Ordu.az-a verilən məlumata görə, düşərgənin 4-cü günündə İctimai Radionun direktoru Dj Fatehin aparıcılığı ilə iştirakçılar arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib.

Həmçinin müxtəlif əyləncə proqramları təşkil olunub.

Düşərgənin 5-ci günündə səhər idmanında uşaqlara Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən xatirə hədiyyələri təqdim edilib. Ardınca isə psixoloqlarla qrup görüşləri keçirilib.

Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Düşərgənin ikinci həftəsi də şəhidlərimizin 8-11 yaş kateqoriyasında olan övladlarını əhatə edir.

Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilir.

Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət ediləcəklər. Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.

2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: YAŞAT-düşərgəsi  

"YAŞAT" düşərgəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib

2021/07/60fe5-1627648230.jpg
Oxunub: 624     16:16     30 İyul 2021    

Bizi "telegram"da izləyin