Ermənistan ordusunda itki, yaralanma, qəza və korrupsiya hadisələri – DÖVRİ HESABAT

2019/06/fed88-1561786573.jpg
Oxunub: 2056     10:58     31 İyul 2021    
Ordu.az 2020-ci ilin sentyabrın 1-dən 2020-ci ilin iyunun 30-na kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, qəza və oğurluq faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

Vətən Müharibəsi başlayana qədər, sentyabr ayının (27-nə qədər) nəticələrinə görə, Ermənistan ordusunda 7 ölüm hadisəsi (3-ü naməlum, 2-si koronavirusa yoluxma, 1-i qəza, 1-i infarkt) qeydə alınıb.

Düşmən ordusunda sentyabr ayının rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 12 düşmən hərbçisi (9-u döyülmə, 1-i qəza, 1-i intihara cəhd, 1-i mina partlayışı) yaralanıb. Həmçinin 1 fərarilik faktı da aşklarlanıb.

Vətən Müharibəsi zamanı Ermənistan ordusunun 6000-ə yaxın hərbi qulluqçusu məhv edilib, 10 mindən artıq yaralısı var. Müharibə dövründə Ermənistan ordusunda kütəvi sayda fərarilik, oğurluq hadisələri qeydə alınıb.

Müharibədən sonra Ermənistan ordusunda qeydə alınmış ölüm hallarının sayı azalsa da, hadisələrin böyük hissəsi, 90 faizi qeyri-döyüş şəraitində baş verib. Ermənistanın dövlət qurumları hərbi qulluqçuların ölüm faktlarının əksəriyyəti haqqında ictimai məlumatlar verməməyə davam edir.

Əsasən rəsmi məlumatlara görə, noyabr ayının 11-dən iyunun 30-na kimi Ermənistan ordusunda 12 ölüm hadisəsi (3-ü qəza, 2-si sursat partlaması, 2-si naməlum, 2-si intihar, 1-i ürək-ağciyər çatışmazlığı, 1-i güllələnmə, 1-i silahla davranış qaydalarının pozulması) qeydə alınıb.

“Razm.info” nəşrinin qeyri-rəsmi mənbələrdən topladığı məlumatlara görə isə 2020-ci il noyabrın 11-dən, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin atəşkəs haqqında üçtərəfli bəyanatın qüvvəyə minməsindən bu günə qədər Ermənistan ordusunda ən azı 66 hərbi qulluqçunun/könüllünün/ehtiyatda olanın ölümü qeydə alınıb.

Qeyd olunub ki, onlardan 24-ü döyüş itkiləridir. Onlar Çaylaqqala-Köhnə Tağlarda Azərbaycanın həyata keçirdiyi əməliyyat, Qarabağın azad edilən ərazilərində təxribata cəhd edən erməni hərbi qulluqçuların məhv edilməsi, 2021-ci ilin may-iyul sərhəd toqquşmaları, habelə mina partlayışları kimi hadisələr zamanı ölüb.

Eyni zamanda intiharlar, xəstəliklərdən, avtoqəzalardan, qətllərdən və silahla davranış qaydalarının pozulmasından ölüm halları da daxil olmaqla 42 qeyri-döyüş itkisi qeydə alınıb.

2020-ci ilin eyni dövrü ilə müqayisədə 2021-ci ildə avtoqəza nəticəsində baş verən ölüm hadisələri iki dəfədən çox artıb, intihar halları isə demək olar eyni qədər azalıb.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi də 2021-ci ilin birinci yarısında Ermənistan silahlı qüvvələrində hərbi qulluqçuların ölüm hadisələri ilə bağlı məlumatları təqdim edib. Bu məlumatlar KİV-lərdə və rəsmi mənbələrdə yayılan məlumatlardan, habelə təşkilat tərəfindən rəsmi qurumlara göndərilən informasiya sorğularının cavablarından toplanıb.

Məlumatlara əsasən, 2021-ci ilin birinci yarısında Ermənistan silahlı qüvvələrində 29 hərbi qulluqçunun ölüm hadisəsi qeydə alınıb.

29 ölüm hadisəsinin səbəbləridir:
9-u avtoqəza (bundan 2-si qəzaya məruz qalıb),
8-i sağlamlıq problemləri,
4-ü müxtəlif hadisələr (1-i qar uçqunu, 1-i ildırım vurma, 1-i avtomobil detalı ilə başa zərbə, 1-i ağac qırılması),
4-ü intihar və ya intihar həddinə çatdırmaq,
3-ü təxribata cəhd,
1-i qətl (silahdan istifadə qaydalarının pozulması).

Təxribat nəticəsində ölmüş 3 erməni hərbi qulluqçudan 2-si 2020-ci ilin oktyabr və noyabr aylarında yaralanıb və 2021-ci ildə ölüb.

2021-ci ildə ölmüş 29 hərbi qulluqçudan yalnız 12-nin ölümü haqqında rəsmi açıqlama yayılıb, digər 17 hadisədən yalnız 1-i haqqında KİV-lərdə məlumat yayılıb, 16 hadisə haqqında isə ümumiyyətlə məlumat yayılmayıb. Təşkilat qeyd olunan 17 hadisədən 16-sı haqqında Ermənistan Baş Prokurorluğundan məlumat alıb, 1 hadisənin detalları təşkilata başqa mənbədən məlum olub.

Rəsmi olaraq nəşr edilməyən hadisələri nəzərdən keçirərək qeyd edə bilərik ki, 17 hadisədən 14-ü hərbi xidmətlə bağlı olmayan, 3-ü isə bağlı olan hesab edilib. Yəni ölüm hadisələri xidmətlə əlaqəli olan kimi təsnif edildikdə belə, onlar haqqında məlumatlar rəsmi olaraq yayımlanmayıb. Ermənistanın rəsmi qurumları tərəfindən hərbi qulluqçuların ölüm hadisələri ilə bağlı məlumat vermək baxımından hesabatlılıq təzahür etdirilmir və dövlət qurumları ölüm faktlarının əksəriyyətində ictimai məlumatlar bildirməməyə davam edir.

Sözügedən dövr ərzində rəsmi və qeyri-rəsmi statistikaya əsasən, 21 düşmən hərbçisi (11-i qəza, 8-i döyülmə, 1-i təxribata cəhd, 1-i naməlum) yaralanıb.

Həmçinin ən azı 8 fərarilik, 2 oğurluq, 2 rüşvət vermə faktı da aşklarlanıb.

Aşağıda KİV-lərə məlum olan hadisələri təqdim edirik:

1 sentyabr

İşğal edilmiş yaşayış məntəqələrimizdən birində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən hərbi qulluqçu A.Antoyan mülki şəxsi döydüyünə görə istintaq cəlb edilib.

Hərbi qulluqçu komandirindən icazə alaraq Madagiz yaşayış məntəqəsinə gedib. Buradakı kafelərdən birində nahar edən hərbçi xeyli miqdarda spirtli içki qəbul edib. Sərxoş halda A.Antoyan kafedə çalısan qadına qarşı nalayiq sözlər işlədib və əxlaqsız hərəkətlərə yol verib.

Nəticədə kafeni işlədən şəxslə hərbi qulluqçu arasında başlayan mübahisə sonda davaya çevrilib. A.Antoyan mülki şəxsi döyərək ona müxtəlif xəsarətlər yetirib. Qadının və kafenin sahibinin şikayəti əsasında cinayət işi açılıb və erməni hərbçisi istintaq cəlb edilib.

***

İşğal edilmiş yaşayış məntəqələrimizdən birində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən daha bir erməni hərbi qulluqçunun meyiti tapılıb. Kəşfiyyat taborunun hərbi qulluqçusu Vartan İsraelyan naməlum şəraitdə ölüb.

4 sentyabr

Ermənistanın Tavuş vilayətində avtoqəza baş verib. Saat 11:15 radələrində Navur kəndindən İtsakar kəndində gedən yolda “UAZ” markalı və Ermənistan Müdafiə Nazirliyinə məxsus olduğunu göstərən nömrə nişanlı “URAL” markalı avtomobil toqquşub.

Qəza nəticəsində 3 nəfər bədən xəsarətləri ilə “Berd” tibb mərkəzinə yerləşdirilib. Yaralılardan ikisi baba və nəvədir, digəri isə Ermənistan Müdafiə Nazirliyinin əməkdaşıdır.

***

Ağdərə yaşayış məntəqəsində yerləşdirilən işğalçı ordunun hərbi hissəsinin əsgəri Tiqran Hovsepyan xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb. Müxtəlif bədən xəsarətləri alan T.Hovsepyan tibb məntəqəsinə yerləşdirilib.

5 sentyabr

Ermənistanın Ararat vilayətində böyük avtoqəza baş verib. Saat 11:00 radələrində İrəvan-Yerasx avtomobil yolunun 28 km hissəsində "BMW", "Qaz 3308" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 3 nəfər bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

"Qaz 3308" markalı avtomobil Ermənistan Müdafiə Nazirliyinin balansında olub. Məlumata görə, qəzanın günahkarı Ermənistan MN-in avtomobili olub.

6 sentyabr

Ermənistanın Araqatsotn vilayətində avtoqəza baş verib. Saat 11:45 radələrində İrəvan-Gümrü-Bavra M-1 avtomobil yolunun 62-ci km hissəsində Gümrü sakini, 30 yaşlı Ağvan Davoyanın idarə etdiyi "Infiniti" markalı avtomobil ilə Araqatsotn vilayətinin Davtaşen kənd sakini, 47 yaşlı Merujan Vardanyanın idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub. Toqquşma nəticəsində "Infiniti" markalı avtomobilin sürücüsü A. Davoyan bədən xəsarəti ilə "Talin" tibb mərkəzinə yerləşdirilib.

Məlumata görə, yaralılardan A. Davoyan "Şirak" futbol klubunun futbolçusudur, "Mercedes" markalı avtomobilin sürücüsü isə Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı qoşunlarında müqaviləli hərbi qulluqçu kimi xidmət edir.

7 sentyabr

Xocavənd yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmətdən bezən əsgər Ara Petrosyan qəsdən özünə xəsarət yetirib. Dözülməz şəraitdən, təhqir və təzyiqlərdən təngə gələn A.Petrosyan odlu silahdan atəş açaraq özünü yaralayıb.

Hərbi hospitala yerləşdirilən əsgər və onu bu həddə çatdıran komandiri barəsində cinayət işi açılıb.

16 sentyabr

Ermənistanın şimal-şərq hissəsində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində müqaviləli hərbi qulluqçu, kiçik çavuş Hovik Nelsoni Tamazyan güllə və qəlpə yaraları alaraq ölüb. Onun ölümünün naməlum şəraitdə baş verdiyi bildirilir.

***

Ermənistanın Qeqarkunik vilayətində “Mercedes” avtomobilinin Göyçə gölünə düşməsi nəticəsində hərbi qulluqçu ölüb. Hadisə Sovaqyux-Şorja-Vardenis avtomobil yolunun 53-cü km-liyində baş verib. Qəza nəticəsində ölən sürücü 32 yaşlı hərbçi, Sünik sakini Nune Avetisyandır.

***

Ermənistanın Qeğarkunik vilayətində fövqəladə hadisə baş verib. Saat 10:25 radələrində "Tambarak" tibb mərkəzindən Tsambarak polis bölməsinə məlumat daxil olub.

Məlumatda qeyd olunub ki, "qapalı kəllə-beyin travması" diaqnozu ilə bir nəfər tibb mərkəzinə yerləşdirlib. Polislər müəyyən ediblər ki, yaralı Tsambarak şəhər sakini, 39 yaşlı K. Argiştidir. O, həmin gün saat 09:00 radələrində "ZİL" markalı nömrəsiz avtomobil ilə Vahan kəndinin sərhəd ərazisində döyüş mövqeləri yaxınlığında minaya düşərək partlayış nəticəsində yaralanıb.

Məlum olub ki, K. Argişti Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.

17 sentyabr

Kəlbəcər rayonu ərazisində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin 105-ci əlahiddə atıcı alayının hərbi qulluqçusu xidmət şəraitinin dözülməzliyi səbəbindən hərbi hissəni özbaşına tərk edib.

Vəngli yaşayış məntəqəsində xidmət edən 1979-cu il təvəllüdlü, 2019-cu ildə müqaviləli hərbi xidmətə başlayan kiçik çavuş Aleksey Avanesyan hərbi hissədəki dözülməz şəraitə etiraz əlaməti olaraq xidmət yerindən qaçdığı bildirilir.

***

İşğal edilmiş yaşayış məntəqələrmizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində böyük səs-küyə səbəb olan cinayət törədilib. Zabitin təhqirlərinə dözməyən əsgər erməni zabitini öldürmək istəyib. Leytenant Qor Harutunyan əsgər Armen Eqnakosyanı küçə söyüşləri ilə təhqir etməsi səbəbindən aralarında başlayan mübahisə nəticəsində dava düşüb. Bundan sonra əsgər zabiti öldürmək qərarına gəlib.

Əsgər A. Eqnakosyan izahatında yazıb ki, təhqir edildiyi üçün avtomatdan atəş açmaqla və yaxud da qumbara partlatmaqla leytenant Q.Harutunyanı öldürmək istəyib. Səngərə atdığı qumbara partlasa da erməni zabiti xəsarət almayıb. Əsgər A. Eqnakosyan döyüş mövqeyindən çıxarılıb.

***

Ağdərə yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmət edən hərbi qulluqçular arasında kütləvi dava baş verib. Dava nəticəsində beş nəfər xəsarət alıb.

Məlumata görə, artilleriya divizionunda xidmət edən gənc əsgərlərlə müqavilə əsasında xidmətdə olan hərbçilər arasında baş verən mübahisə sonradan davaya çevrilib. Hərbi qulluqçular Hayk Martirosyan, Aram Papikyan, Narek Torosyan, Tiqran Aseryan, Artik Musoyan müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb məntəqəsinə yerləşdiriliblər. Komandanlıq hadisəni ört-basdır etməyə çalışıb. Lakin davada xəsarət alanlardan birinin vəzifəli qohumu bu hadisədən xəbər tutduqdan sonra hərbi hissə komandiri hərbi prokurorluğa məlumat verməyə məcbur olub.

20 sentyabr

Ermənistan ordusunun indiyə qədər 1-i qadın olmaqla 2 hərbi qulluqçusu koronavirusdan ölüb. Hərbi qulluqçulardan biri "Surb Qriqor Lusavoriç" xəstəxanasında, digəri isə Mərkəzi Klinik Hospitalında ölüb.

***

Ermənistanın işğal altında olan Qarabağda yerləşdirdiyi qanunsuz "hərbi birləşmə"nin 1990-cı il təvəllüdlü, müqaviləli hərbi qulluqçusunun əhvalı qəfil pisləşib və ölüb.

30 yaşlı müqaviləli erməni hərbi qulluqçuda ürək tutması qeydə alınıb.

23 sentyabr

Motoatıcı taborun yezidi kürd əsilli əsgəri Aram Tamoyan, eləcə də 2020-ci ilin yanvarında çağırılaraq işğal altında olan Xocavənddəki hava hücumundan müdafiə bölmələrində hərbi xidmətə göndərilən yezidi kürd əsilli əsgər Aram Asoyan fiziki təzyiqlərə məruz qalıblar.

Amansızlıqla döyülən yezidi kürd əsilli əsgərlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb məntəqəsinə müraciət ediblər. Yezidi kürd əsilli əsgər A.Tamoyan canını asan qurtarsa da, A.Asoyannın vəziyyəti ağırdır və təcili olaraq hərbi hospitala yerləşdirilib.

30 noyabr

Ehtiyatda olan erməni hərbi qulluqçu R.V. Ermənistan ordusu üçün nəzərdə tutulmuş böyük sayda ərzağı və məhsulları mənimsəməyə çalışıb, lakin aşkar edilib.

Belə ki, saat 21:00-da Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi Gorusun “Şori Dzor” adlanan keçid məntəqəsində erməni hərbi qulluqçunun idarə etdiyi “Qaz-66” markalı avtomobilin arxa hissəsində sözügedən oğurluq faktını aşkar edib.

1 dekabr

Ermənistan ordusuna məxsus hərbi hissələrdən birinin müdafiə zonasında ərazidən aparılan hərbi sursatın partlaması nəticəsində 2 erməni hərbi qulluqçu ölüb. Partlayış nəticəsində Jirayr Vaçik Matevisyan (2001-ci il təvəllüd) və Qeğam Merujan Hovhannisyan (2001-ci il təvəllüd) ölüblər.

13 yanvar

Qarabağın şərq istiqamətində qanunsuz yerləşdirilmiş hərbi hissələrin birində 18 yaşlı hərbi qulluqçu ölüb. İlkin məlumatlara görə, 2002-ci il təvəllüdlü Radik Edqar Tatosyanın ölüm səbəbi ürək-ağciyər çatışmazlığıdır.

15 yanvar

Saat 12:00 radələrində Qarabağda təxribata cəhd edən erməni hərbi qulluqçu yaralanıb. Yaralanan erməni hərbi qulluqçu 2000-ci il təvəllüdlü Vardan Vaçaqan Kirakosyandır.

21 yanvar

Ermənistan silahlı qüvvələrinin əsgəri Qor Asadyan yanvar 21-i tarixində məzuniyyətdən qayıtmalı olduğu halda, bu günədək xidmət yerinə gəlməyib. Fərarilik faktı hüquq-mühafizə orqanlarından gizlədilsə də, hərbi polis əsgərin tapılması və xidmət yerinə qaytarılması ilə bağlı tədbirlər görür.

Bununla yanaşı, Ermənistan ordusunun hərbi hissələrində son vaxtlar tez-tez silah itməsi, yaxud oğurlanaraq satılması qeydə alınıb.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin 5-ci Ordu korpusunun həmlə-desant taborunda keçirilən yoxlama zamanı bir ədəd atıcı silahın “itməsi” qeydə alınıb.

28 yanvar

Ermənistanın Koxb yaşayış məntəqəsində yerləşən 543-cü əlahiddə motoatıcı alayda insident yaşanıb. Hərbi hissədə gənc əsgərlər və daha çox xidmət edən əsgərlər arasında kütləvi dava baş verib. Hadisəyə səbəb gənc əsgərlərə verilən təzə əşyaların əllərindən alınaraq əvəzinə köhnələrin, hətta istifadəyə yarasız olanların verilməsidir.

Faktla bağlı Ermənistan ordusunun 3-cü ordu korpusunun qərargahından bir neçə yüksək rütbəli zabit təcili olaraq Koxb məntəqəsinə gələrək hadisə ilə bağlı araşdırma aparıb.

8 fevral

Saat 12:40 radələrində müvaqiləli hərbi qulluqçu Edvard Karlen Kirakosyan (1994-cü il təvəllüdlü, Tavuş hərbi komandanlığı) Ermənistanın şimal-şərq hissəsində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində qəfildən ölüb.

11 fevral

Ermənistanda hərbi hissələrindən birində eyni gündə tabor komandiri və bölük komandiri də daxil olmaqla bir neçə hərbi qulluqçu fərarilik edib. Hərbi polis tərəfindən əsgərlərin bəziləri xidmət yerinə qaytarılsa da, hərbi qulluqçular Darnik Saroyan və Henriki Tatevosyanın axtarışları davam edir.

Komandanlıq kütləvi fərarilik faktını ört-basdır etmək məqsədilə hüquq-mühafizə orqanlarına məlumat verməyib.

25 fevral

Ermənistan ordusunda hərbi qulluqçuların müxtəlif vəzifələrə təyin edilməsi üçün böyük miqdarda rüşvət vermələri ilə bağlı çoxlu sayda qalmaqal yaşanır. Sosial şəbəkələrdə paylaşılan məlumatlar onu göstərir ki, erməni ordusunda rüşvətxorluq baş alıb gedir və müdafiə nazirliyi bunun heç cür qarşısını ala bilmir.

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində zabitlərdən yuxarı vəzifəyə təyin olunmaq, tabor komandiri olmaq üçün 7000 ABŞ dolları, bölük komandiri vəzifəsinə təyin olunmaq üçün 2500-4000 ABŞ dolları, müqaviləli hərbi xidmət üçün isə 1000- 2000 ABŞ dolları arasında rüşvət tələb olunur. Sosial şəbəkələrdə yazılan məlumatlarda o da iddia olunur ki, yerindən asılı olaraq qiymətlər dəyişilə bilər. Yəni “yaxşı” yerə təyin olunmaq üçün yaxşı da rüşvət tələb olunur. Maraqlı odur ki, Ermənistan müdafiə nazirliyi həm rüşvətxorluq halları, həm də bununla bağlı yayılan məlumatlara heç bir reaksiya vermir.

Bundan başqa, Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin 3 hərbi qulluqçusu hərbi xidmətdən yayınıb. Armavir hərbi komissarlığından hərbi xidmətə çağırılan və manqa komandiri vəzifəsində xidmət edən kiçik çavuş Halbert Msryan fərarilik edib, Vahe Danilyan və Aram Hovanesyan isə məzuniyyətdən qayıtmaqdan imtina ediblər.

18 mart

44 günlük müharibə zamanı Ermənistanın Qarabağda yerləşdirdiyi qanunsuz "hərbi birləşmə"nin hərbi hissələrinin birinin təlim taborunun komandiri tabeçiliyində olan şəxsi heyətin rəisi olmaqla döyüş əməliyyatları zamanı öz birbaşa rəisinin əmrini yerinə yetirməyib. Döyüş zamanı komandir döyüş sahəsini özbaşına şəkildə tərk edib, nəticədə hərbi hissənin təlim taborunun şəxsi heyətindən məcburi müddətli hərbi qulluqçular ölüblər, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və əsir düşüblər, bu şəkildə ağır nəticələr yaranıb.

Əldə edilmiş yetərli qədər sübutların birləşdirilməsi ilə komandir İ.Vahanyana qarşı Ermənistan cinayət məcəlləsinin 356-cı maddəsinin 3-cü hissəsi və 380-ci maddəsinin 1-ci hissəsi ilə ittham irəli sürülüb.

22 mart

Ermənistan MN-dən Cermuk hərbi hissəsindən iki hərbi qulluqçunun itkin düşdüyünü bildiriblər. İtkin düşmüş erməni hərbi qulluqçulardan biri ölüb, digəri xəstəxanadadır. Sonuncunun vəziyyəti ağır olaraq qiymətləndirilir.

3 aprel

Ermənistanın Armavir vilayətində avtoqəza baş verib. Saat 15:40 radələrində Armavir şəhər sakini, 25 yaşlı Karen Manukyan idarə etdiyi VAZ-2108 markalı avtomobillə İrəvan-Armavir avtomobil yolunun 32-ci kilometrliyində hələlik naməlum şəraitdə yolun hərəkət zolağından çıxıb, ağaclara çırpılıb və yanı üstə aşıb.

Qəza nəticəsində sərnişin, Armavir vilayəti sakini, 22 yaşlı Arqam Qriqoryan bədən xəsarətləri ilə "Metsamor" tibb mərkəzinə köçürülüb. Məlumata görə, sürücü A.Qriqoryan Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edir.

5 aprel

Ermənistanın Kotayk vilayətində, Aramus kəndinin inzibati ərazisində qəza baş verib. Qəza nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları İrəvan sakini, 33 yaşlı Sevak Vahradyan, Gümrü sakini, 34 yaşlı Suren Harutyunyan, Qeğarkunik vilayətinin Kartsağbyur kəndinin sakini, 27 yaşlı Davit Avdalyan, İrəvan sakini, 33 yaşlı Aram Badalyan, Tavuş vilayətinin Berd şəhərinin sakini, 29 yaşlı Levon Mkrtumyan və Tavuş vilayətinin sakini, 23 yaşlı Qarik Antonyandır. Qəza nəticəsində L.Mkrtumyan və A.Badalyan yerində ölüblər.

8 aprel

Ermənistan ordusunun hərbi qulluqçuları arasında son vaxtlar hərbi xidmətdən yayınma, xidmət yerini özbaşına tərk etmə və məzuniyyətdən gecikmə halları artmaqda davam edir.

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin hərbi qulluqçusu xidmət yerindən qaçıb. Qafan ərazisindəki postdan fərarilik edən Orber Ayvazyanın tapılması və geri qaytarılması ilə bağlı komandanlıq tədbir görür.

***

Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən birində baş verən hadisə əsgər valideynləri arasında böyük narazılığa səbəb olub. Hərbi hissədə mövcud olan acınacaqlı vəziyyət səbəbindən xidmət etmək istəməyən daha bir erməni əsgər özünü güllələyib.

Yayılan xəbərlərdə deyilir ki, Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmət edən, tank taborunun əsgəri Aram Qriqoryan tabeliyində olan silahdan atəş açaraq özünü başından vurub.

***

Ermənistan ordusunun mövcud olan qanunsuzluqlar səbəbindən son vaxtlar hərbi qulluqçular arasında nizamnamədənkənar münasibətlər zəminində cinayət hallarının sayı çoxalmaqdadır.

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində tibb məntəqəsinin sürücüsü vəzifəsində xidmət edən Artur Balayan daha çox xidmət keçmiş əsgərlər tərəfindən vəhşicəsinə döyülüb. Müxtəlif bədən xəsarətləri alan A.Balayan tibb məntəqəsinə yerləşdirilib.

16 aprel

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmətə yeni çağrılan 2-ci motoatıcı taborun əsgəri Rafael Minasyan daha çox xidmət edən “ded”lər tərəfindən amansızlıqla döyülüb. Müxtəlif ciddi bədən xəsarətləri alaraq tibb məntəqəsinə yerləşdirilən R. Minasyan yenidən belə təzyiqlərlə üzləşmək qorxusu səbəbindən heç kimdən şikayətçi olmayacağını bildirib.

Hadisəni ört-basdır etməyə çalışan hərbi hissə komandanlığı tərəfindən faktla bağlı hərbi qulluqçunun ailəsinə və hüquq mühafizə orqanlarına məlumat verilməyib.

20 aprel

Ermənistanın cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin yaxınlığındakı ərazidə müddətli erməni hərbi qulluqçu Narek Xaçatryan ağacdan asılı vəziyyətdə tapılıb.

21 aprel

Ermənistan müdafiə nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmətə yenicə başlayan gənc əsgərlər Samvel Saakyan və Aleksey Qabrielyan daha çox xidmət edən hərbi qulluqçular tərəfindən dəfələrlə döyüldüyü faktı ortaya çıxıb. Sonuncu dəfə daha amansızlıqla döyülərək müxtəlif ciddi bədən xəsarətləri aldıqları üçün tibb məntəqəsinə müraciət etməyə məcbur qaldıqdan sonra hərbi hissə komandiri hərbi polisə məlumat verib. Lakin yenidən fiziki və mənəvi işgəncələrə məruz qalacaqlarından qorxan S. Saakyan və A. Qabrielyan kimlər tərəfindən döyüldüklərini deməkdən və şikayət etməkdən imtina edirlər.

4 may

Saat 20:00 radələrində Ermənistanın cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində növbətçilik zamanı xidmət yoldaşı tərəfindən silahdan istifadə qaydalarının pozulması nəticəsində açılmış atəşdən müddətli hərbi qulluqçu, sıravi Artyom Hovik Melkonyan (2002-ci il təvəllüd, 2020-ci ilin 2-ci hərbi çağırışı, Qeğarkunik vilayəti) ölümcül odlu silah yarası alaraq ölüb.

***

İrəvanda baş vermiş böyük avtoqəza nəticəsində Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində taqım komandiri A.Hovhannisyan, manqa komandiri S.Çobanyan yaralanıb.

20 may

2021-ci il mayın 20-də, saat 19:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin MTLB tipli zirehli texnikası daimi dislokasiya yerindən tətbiq rayonlarına gedərkən Sisian-Mutsk yolunun 15-ci kilometrliyində yoldan çıxıb və təxminən 100 metr dərəyə yuvarlanıb, nəticədə texnikanın mexanik-sürücüsü, məcburi müddətli erməni hərbi qulluqçu Arman Vahram Hambaryan aldığı bədən xəsarətlərindən ölüb, texnikada olan üç məcburi müddətli erməni hərbi qulluqçu və hərbi hissənin zirehli tank xidmətinin rəisi bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib.

24 may

Saat 17:40 radələrində Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində qulluq edən Mkrtıç Hovhannes Hovhannisyan silahdan istifadə qaydalarını pozması nəticəsində ölüb.

31 may

Gorus rayonu ərazisində Ermənistan silahlı qüvvələrinə məxsus maşının sürücüsünün idarəetməni itirməsi nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində hərbi qulluqçular Emil Ağamalyan və Vağaş Soqomonyan ağır şəkildə yaralanıblar.

7 iyun

Ermənistanın Kirovakan rayonundan xidmətə çağırılan hərbi qulluqçu Martin Saakyan ”dedovşinanın” növbəti qurbanı olub. Belə ki, M.Saakyan daha çox xidmət etmiş əsgərlərin göstərişini yerinə yetirməkdən imtina etdiyi üçün vəhşicəsinə döyülüb. Yenidən təhqirlərə məruz qalmaqdan qorxduğu üçün o şikayət etməyib və ciddi xəsarətlər almasına baxmayaraq döyülən hərbçi tibb müəssisəsinə yerləşdirilməyib.

***

Ermənistan ordusunun hərbi hissələrindən birində komandirin vəzifə səlahiyyətlərini aşması səbəbindən baş verən cinayət nəticəsində tabor komandiri gənc zabiti döyüb. Yeni xidmətə başlayan leytenant Armen Xaçatryan tabor komandirinin qanuna zidd hərəkətlərinə və təhqirlərinə etiraz etdiyi üçün döyülüb. Komandanlıq döyülmə faktını ört-basdır etmək istəyir. Fiziki və mənəvi təhqirlərə məruz qalan leytenant A.Xaçatryan xidmət yerinin dəyişdirilməyəcəyi təqdirdə hərbi prokurorluğa şikayət edəcəyini bildirib.

17 iyun

Ermənistan silahlı qüvvələrinin Gorus rayonu ərazisində yerləşən hərbi hissələrindən birində daha bir əsgər nizamnamədənkənar münasibətlər zəminində baş verən cinayətin qurbanı olub. Əsgər Maksim Antonyan daha çox xidmət etmiş hərbi qulluqçular tərəfindən edilən təhqirlərə və nalayiq söyüşlərə etiraz etdiyi üçün vəhşicəsinə döyülüb.

Müxtəlif bədən xəsarətləri aldığı üçün tibb məntəqəsinə müraciət etməsinə baxmayaraq o, qorxduğuna görə şikayət etməyəcəyini deyib. Faktı ört-basdır edən hərbi hissə komandanlığı əsgər M.Antonyanın döyülməsi hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.

30 iyun

Ermənistan ordusunun hərbi hissələrindən birində xidmət edən iki hərbi qulluqçunu rüşvət verərək məzuniyyətə getməsi barədə faktın ortaya çıxması valideynlər arasında böyük narazılıqlara səbəb olub. Biabırçı rüşvət faktının ortaya çıxmasına səbəb isə əsgərlərin məzuniyyətdən gecikməsi olub.

Bildirilir ki, əsgər Nver Danielyan və İsxan Sargsyan rüşvət verərək məzuniyyətə gediblər, lakin hərbi hissəyə qayıdarkən hərbi polis tərəfindən sənədləri yoxlanarkən onların məzuniyyətdən bir neçə gün gec qayıtdıqları məlum olub. Hərbçilərin hərbi xidmətdən yayındıqları ilə bağlı məsələ qaldırılarkən, onların rüşvət müqabilində məzuniyyətə getdiyi aşkar edilib.

***

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində daha bir əsgər nizamnamədənkənar münasibətlər zəminində baş verən hadisənin qurbanı olub. Əsgər Artur Petrosyan fiziki və mənəvi təhqirlərə boyun əymədiyi üçün xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb. Bir neçə yerdən müxtəlif xəsarətlər alan hərbi qulluqçu hospitala yerləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm   Yaralı   Korrupsiya  

Ermənistan ordusunda itki, yaralanma, qəza və korrupsiya hadisələri – DÖVRİ HESABAT

2019/06/fed88-1561786573.jpg
Oxunub: 2057     10:58     31 İyul 2021    

Bizi "telegram"da izləyin