Paşinyanın masasına hansı sənəd qoyulub?

2019/02/nikol-1549004793.jpg
Oxunub: 1202     16:51     30 İyul 2021    
“Ermənistan-Azərbaycan dövlət sərhədinin Qeğarkunik vilayətində, Zod-Yuxarı Şorca sektorunda baş verən hərbi toqquşmalar zaman baxımından Bakı-Ankara-Moskva-İrəvan vasitəçilik diplomatiyası ilə üst-üstə düşür, bu barədə çox az şey bildirilir”.

Ordu.az xəbər verir ki, bu barədə “Past” nəşrində dərc olunan məqalədə qeyd olunub.

“Bəzi yüksək səviyyəli Ermənistan-Rusiya danışıqları haqqında heç bir məlumat verilmir. Moskva üçün bu gün Qarabağın statusu məsələsi ola bilməz, çünki hər hansı status dörd il yarım sonra Rusiyanın sülhməramlı missiyasının lazımsızlığı deməkdir”, - deyə müəllif bildirib.

Məqalədə yazılıb ki, söhbət Moskvanın vasitəçiliyi ilə gözlənilən sənəd layihəsindən gedir, bu sənəd layihəsi qarşıdakı həftələrdə və aylarda imzalana bilər. Azərbaycan Ermənistandan mümkün hər şeyi qoparmağa çalışır.

Müəllifin sözlərinə görə, son günlərdə və saatlarda sərhədin Qeğarkunik sektorunda gərginlik və qarşılıqlı atışma bununla əlaqədardır. Təbii ki, Ermənistan üçün qırmızı xətlər var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Sənəd  

Paşinyanın masasına hansı sənəd qoyulub?

2019/02/nikol-1549004793.jpg
Oxunub: 1203     16:51     30 İyul 2021    

Bizi "telegram"da izləyin