Əlaqələndirmə Qərargahının nümayəndələri Qarğabazarda minatəmizləmə işləri ilə tanış olublar

2021/08/16073-1627887593.jpg
Oxunub: 629     11:59     30 İyul 2021    
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qruplarının Füzuliyə səfəri davam edir.

Ordu.az-ın məlumatına görə, işçi qrupları Füzuli Hava Limanından sonra Füzuli - Hadrut avtomobil yolunda, Qarğabazar məntəqəsinin kənd ərazisində keçən yolda aparılan minatəmizləmə işləri ilə tanış olublar.

ANAMA-nın Təmizləmə və Tədqiqat şöbəsinin müdiri İdris İsmayılov səfər iştirakçılarına görülən işlər barədə məlumat verib, minanın partladılması prosesini də izləyiblər.

Qeyd edək ki, səfər iştirakçılarının Şuşa və Hadruta da səfərləri nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əlaqələndirmə-Qərargahı   Qarğabazar  


Əlaqələndirmə Qərargahının nümayəndələri Qarğabazarda minatəmizləmə işləri ilə tanış olublar

2021/08/16073-1627887593.jpg
Oxunub: 630     11:59     30 İyul 2021    
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qruplarının Füzuliyə səfəri davam edir.

Ordu.az-ın məlumatına görə, işçi qrupları Füzuli Hava Limanından sonra Füzuli - Hadrut avtomobil yolunda, Qarğabazar məntəqəsinin kənd ərazisində keçən yolda aparılan minatəmizləmə işləri ilə tanış olublar.

ANAMA-nın Təmizləmə və Tədqiqat şöbəsinin müdiri İdris İsmayılov səfər iştirakçılarına görülən işlər barədə məlumat verib, minanın partladılması prosesini də izləyiblər.

Qeyd edək ki, səfər iştirakçılarının Şuşa və Hadruta da səfərləri nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əlaqələndirmə-Qərargahı   Qarğabazar  


Bizi "telegram"da izləyin