Ermənistana növbəti xəbərdarlıqlar

2021/07/7899-1627638844.jpg
Oxunub: 2071     17:36     30 İyul 2021    
Payızda baş verən 44 günlük müharibədən əvvəl Azərbaycan Prezidenti ilə yanaşı Türkiyədən Ermənistana xəbərdarlıqlar səsləndirilirdi. “Azərbaycan Ermənistanın aqressiv siyasətinə nə qədər dözə bilər?”, - deyə Türkiyə rəsmiləri bildirirdi.

Son həftələrdə Azərbaycan tərəfindən Ermənistana təxribatlarla əlaqədar bir neçə dəfə yenidən xəbərdarlıq edilib.

Prezident İlham Əliyev Putinlə görüşdən sonra Zəngəzur dəhlizinin açılmalı olduğunu və Rusiyanın Azərbaycanın yanaşması ilə həmfikir olduğunu bildirib.

Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının sədr müavini Numan Kurtulmuş Bakıda Cənubi Qafqazın problemlərinin bölgə ölkələri tərəfindən həll edilməli olduğunun bildirib. “Anadolu” agentliyinin məlumatına görə, o, İrəvanın regional problemlərin həllini Cənubi Qafqazdan kənarda axtarmaq vərdişindən imtina etməli olduğunu söyləyib və altı ölkə formatında əməkdaşlıq platforması yaratmaqla bağlı Türkiyə prezidentinin ideyasını təkrarlayıb.

“Əminəm ki, ən düzgün əməkdaşlıq yolu Türkiyə, Rusiya, İran, Azərbaycan, Ermənistan və Gürcüstanın iştirakı ilə altı ölkə platformasıdır. Bütün problemlər və fikir ayrılıqları bölgə ölkələri tərəfindən həll olunmalıdır”, - deyə Numan Kurtulmuş bildirib. Türkiyənin hakim partiyasının sədrinin müavini qeyd edib ki, İrəvan nəhayət bunu başa düşməlidir ki, yeni gərginlik mənbələrinin yaradılması Ermənistan xalqına heç bir fayda gətirməyəcək.

Müharibədən sonrakı vəziyyət haqqında isə deyib ki, regionun sabitliyi və inkişafı Türkiyə və Azərbaycanın birgə səyləri sayəsində təmin ediləcək. Bu mesaja əsasən, Kurtulmuş diasporu da Ermənistanın güvəndiyi xarici qüvvələr arasına daxil edərək deyib ki, Ermənistan xarici qüvvələrə, eləcə də diaspora ümid bəsləməməlidir. Türkiyəli xadimin sözlərinə görə, Azərbaycanla münasibətlərin tənzimlənməsi müzakirələr vasitəsilə baş tutmalıdır, təmkin isə Ermənistana faydalı olacaq.

Yeri gəlmişkən, Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycanda dörd günlük səfərdədir. Kurtulmuşun xatırlatdığı Qafqaz İslam Ordusu və ya İslam Ordusu Azərbaycanda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı Türkiyəsi arasında imzalanan dostluq müqaviləsinə əsasən yaradılmışdı. Bu müqavilə ilə Türkiyə təhlükəsizliyi təmin etmək məqsədilə hərbi yardım göstərməyi öhdəliyinə götürmüşdü.

Digər bir Türkiyə rəsmisi də öz növbəsində Ermənistana xəbərdarlıq edib.

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik “Twitter” mikrobloqunda yazıb: “Ermənistanın Kəlbəcərdə həyata keçirdiyi hücum nəticəsində Azərbaycan əsgəri şəhid oldu. Bu hücumu şiddətlə qınayırıq. Ermənistan bölgədə sülhə təhlükə yaradan təcavüzkar siyasətini davam etdirir. Bu təcavüzkar siyasətə görə Ermənistanı təşviq edənlər məsuliyyət daşıyırlar”.

Türk rəsmi xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan region ölkələri ilə formalaşdırılacaq platformanın vacibliyinə diqqət çəkmişdi.

“Ərdoğan Ermənistanın təcavüzkar davranışlarından əl çəkəcəyi təqdirdə bu platformaya daxil olacağını demişdi. Ermənistan bu tarixi fürsəti əldən verməməlidir. Ermənistan Prezidentimnizin və Azərbaycan Prezidenti cənab Əliyevin mesajlarını yaxşı anlamalıdır. Əks təqdirdə, yeni problemlərlə üzləşəcək”- deyə Çelik bildirib.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ermənistan   Xəbərdarlıq  

Ermənistana növbəti xəbərdarlıqlar

2021/07/7899-1627638844.jpg
Oxunub: 2072     17:36     30 İyul 2021    

Bizi "telegram"da izləyin