İsrail donanmasına “Sa'ar 6” korvetlərinin sonuncu partiyası təhvil verilib

2021/07/thyss-1627630241.jpg
Oxunub: 5669     16:13     30 İyul 2021    
İsrail Hərbi Dəniz Qüvvələrinə Almaniyanın “Thyssenkrupp Marine Systems” gəmiqayırma şirkəti tərəfindən inşa edilən sonuncu “Sa'ar 6” korvetləri təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail donanması məlumat yayıb.

İsrail 6 il əvvəl sifariş verdiyi dörd gəminin hamısı çatdırılıb. “Saar 6” sinifinə məxsus korvetlər önümüzdəki 30 il ərzində İsrail Hərbi Dəniz Qüvvələrinin onurğasını təşkil edəcək.

Almaniya şirkəti ilə İsrail arasında müqavilə 2015 -ci ilin may ayında imzalanıb. Dizayn mərhələsindən sonra 2018 -ci ilin fevral ayında gəminin ilk poladı kəsilib və inşasına başlanıb. Korvetin dizaynı Almaniya istehsalı olan “MEKO 100” patrul katerlərinə əsaslanır.

“INS Magen” adlandırılan ilk gəmi 2020-ci ilin oktyabr ayında, “INS Oz” adlandırılan ikinci gəmi bu ilin may ayında İsrail donanmasına təhvil verilib.

Son olaraq, qalan iki gəmi “INS Atzmaut” və “INS Nitzachon” Almaniyanın Kiel şəhərində təşkil edilən mərasimlə İsrail Hərbi Dəniz Qüvvələrinə təhvil verilib. Gəmilərin radar və silah sistemləri İsraildəki Hayfa Hərbi Dəniz Bazasında birləşdiriləcək.


Sevinc Əliyeva
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HDQ   Saar-6  


İsrail donanmasına “Sa'ar 6” korvetlərinin sonuncu partiyası təhvil verilib

2021/07/thyss-1627630241.jpg
Oxunub: 5670     16:13     30 İyul 2021    
İsrail Hərbi Dəniz Qüvvələrinə Almaniyanın “Thyssenkrupp Marine Systems” gəmiqayırma şirkəti tərəfindən inşa edilən sonuncu “Sa'ar 6” korvetləri təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail donanması məlumat yayıb.

İsrail 6 il əvvəl sifariş verdiyi dörd gəminin hamısı çatdırılıb. “Saar 6” sinifinə məxsus korvetlər önümüzdəki 30 il ərzində İsrail Hərbi Dəniz Qüvvələrinin onurğasını təşkil edəcək.

Almaniya şirkəti ilə İsrail arasında müqavilə 2015 -ci ilin may ayında imzalanıb. Dizayn mərhələsindən sonra 2018 -ci ilin fevral ayında gəminin ilk poladı kəsilib və inşasına başlanıb. Korvetin dizaynı Almaniya istehsalı olan “MEKO 100” patrul katerlərinə əsaslanır.

“INS Magen” adlandırılan ilk gəmi 2020-ci ilin oktyabr ayında, “INS Oz” adlandırılan ikinci gəmi bu ilin may ayında İsrail donanmasına təhvil verilib.

Son olaraq, qalan iki gəmi “INS Atzmaut” və “INS Nitzachon” Almaniyanın Kiel şəhərində təşkil edilən mərasimlə İsrail Hərbi Dəniz Qüvvələrinə təhvil verilib. Gəmilərin radar və silah sistemləri İsraildəki Hayfa Hərbi Dəniz Bazasında birləşdiriləcək.


Sevinc Əliyeva
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HDQ   Saar-6  


Bizi "telegram"da izləyin